NKPI

Xəbərlər

Gənc tarixçi alim Bircə Bayramovanın uğurlu monoqrafiyası

Gənc tarixçi alim Bircə Əfqan qızı Bayramovanın “ABŞ-Azərbaycan münasibətləri (2001-2008-ci illər)” monoqrafiyası 2019-cu ildə “Sabah” nəşriyyatında çap olunub.

Monoqrafiya 2001-2008-ci illərdə ABŞ-Azərbaycan münasibətlərinin tarixinə həsr olunmuşdur. Monoqrafiyada ABŞ-Azərbaycan münasibətlərini şərtləndirən amillər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişələrinin həlli istiqamətində ABŞ-ın mövqeyi, hərbi, təhlükəsizlik və beynəlxalq terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlıq, ABŞ-Azərbaycan iqtisadi-ticarət, enerji əməkdaşlığı, mədəniyyət, elm-təhsil və humanitar sahələrdə əlaqələr elmi ədəbiyyat və mənbələr əsasında təhlil edilmişdir.

Mövcud xronoloji çərçivədə ABŞ-Azərbaycan münasibətlərinin kompleks şəkildə tədqiqi elmi əhəmiyyət daşıyır və iki ölkə arasında münasibətlərin həm tarixinin, həm də nəzəri tərəflərinin tədqiqi bu münasibətlərin inkişafına xidmət edir.

Monoqrafiyanın elmi redaktoru AMEA-nın müxbir üzvü, professor M.C. Qasımlı, rəyçilər tarix üzrə elmlər doktoru, professor M.B. Fətəliyev, tarix üzrə elmlər doktoru, professor E.X. Nəsirovdur.

Gənc tarixçi alimi uğurlu monoqrafiyası münasibəti ilə təbrik etmək olar.

2019-10-22   717