NKPI

Xəbərlər

Akademik Y.H. Məmmədəliyevin seçilmiş əsərləri toplusunun I, II və III cildi yenidən nəşr olunub

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyinin tədbirlər planına uyğun olaraq akademik Yusuf Məmmədəliyevin seçilmiş əsərlərinin I, II və III cildləri “Elm” nəşriyyatında yenidən çap olunub.

Qeyd edək ki, I cild ilk dəfə olaraq 1945-ci ildə çap olunub və ona ön sözü Sosialist Əməyi Qəhrəmanı, akademik N.D.Zelinski və SSRİ EA-nın müxbir üzvü A.A.Balandin yazıb. Kitabda alimin 37 əsəri verilib.

II cilddə isə alimin 68 elmi əsəri toplanıb.

III cild ilk dəfədir ki, nəşr edilir. Bu cilddə alimin 72 seçilmiş əsəri verilib.

Kitablar magistratura tələbələri, doktorantlar və elmi-tədqiqat işi ilə məşğul olanlar üçün dəyərli vəsaitdir.

  

2019-10-31   1225