NKPI

Xəbərlər

Dahi alim, akademik Yusuf Məmmədəliyevə aid “Biobiblioqrafik göstərici” kitabı nəşr olunub

2019-cu ildə AMEA-nın “Elm” nəşriyyatı akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyinin tədbirlər planına uyğun olaraq dahi alimin həyat və yaradıcılığını əks etdirən “Biobiblioqrafik göstərici” kitabını nəşr etmişdir. Kitabda verilən bir çox materiallar ilk dəfə olaraq çap olunur.

Kitab dahi alim haqqında zəngin mənbədir.

Kitab məktəblilər, tələbələr, doktorantlar, tədqiqatçılar,  o cümlədən elm tarixini öyrənənlər və geniş oxucu kütləsi üçün lazım olan məlumatlarla zəngindir.

2019-10-31   1315