NKPI

Xəbərlər

“NKPİ-nin 90 illik inkişafı: keçmişin təcrübəsindən, gələcəyin layihələrinə” adlı kitab çap olunub

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) 90 illik yubileyinin keçirilməsi proqramına uyğun olaraq AMEA-nın “Elm” nəşriyyatında “NKPİ-nin 90 illik inkişafı: keçmişin təcrübəsindən, gələcəyin layihələrinə” adlı kitabı üç dildə (azərbaycan, rus və ingilis) çap edilib. 762 səhifəlik kitabda institutun böyük və şərəfli tarixinin geniş təhlili verilib. İnstitutun dünya elminə verdiyi dəyərli töhfələr, SSRİ miqyasında tətbiq olunan işlər haqqında maraqlı tarixi faktlar kitabda geniş əksini tapıb.

Böyük Vətən müharibəsində faşizm üzərində qələbədə akademik Yusuf Məmmədəliyev başda olmaqla institutun alim və mühəndislərinin xidmətləri layiqincə təhlil edilib.

Kitab tələbələr, magistrlər, doktorantlar, tədqiqatçılar, elm tarixini araşdıranlar və geniş oxucu kütləsi üçün dəyərli vəsaitdir.

2019-11-01   1332