Xəbərlər
AMEA-da tədris prosesinin cari vəziyyəti müzakirə olunub
Noyabrın 13-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) elmi müəssisə və təşkilatların təhsil şöbələrinin müdirləri ilə görüş keçirilib.
Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinin təşkilatçılığı ilə keçirilən görüşdə məqsəd akademiyada tədris prosesinin cari vəziyyətinin və növbəti yaz semestrinə hazırlıq işlərinin müzakirəsi olub.
Tədbiri Elm və təhsil baş idarəsinin rəisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımov açaraq AMEA-da təhsil prosesinin təşkili, elmi müəssisələrin maddi-texniki bazası, təhsil proqramları, kadr potensialı, təhsil infrastrukturunun qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğu barədə məlumat verib.
AMEA-da bu istiqamətdə aparılan məqsədyönlü fəaliyyətin daha da təkmilləşdiriləcəyini deyən Fail Kazımov “Magistraturada tədris prosesinin təkmilləşdirilməsi haqqında” Rəyasət Heyətinin 2019-cu il 16 oktyabr tarixli qərarını xatırladıb. Sənədin əhəmiyyətindən söz açan idarə rəisi bu qərardan irəli gələn tapşırıqların vaxtında icra olunmasını tövsiyə edib və elmi müəssisələrin akkreditasiyası ilə bağlı vacib məqamları diqqətə çatdırıb. Bundan əlavə, iclasda AMEA-da doktorantura təhsilinin mövcud vəziyyəti müzakirə olunub, doktorantura və dissertanturaya qəbul, doktorluq imtahanları ilə bağlı əlavə və dəyişikliklər barədə iştirakçılara məlumat verilib.
Görüşün sonunda cari tədris prosesinə dair iştirakçıların sualları cavablandırılıb.
2019-11-14
129
Ətraflı

Son Xəbərlər
AMEA-nın akademik M.F.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun əməkdaşları S.B.Zeynalov, E.R.Hüseynov, M.K.Münşiyeva, S.K.Şərifova
2019-12-09
Dekabrın 5-də AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu (NKPİ), Kənd Təssərüfatı Nazirliyinin Üzümçülük
2019-12-06
Kimya Elmləri Bölməsinin elmi-tədqiqat institutlarının hesabatı dinlənilib
Dekabrın 6-da AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Kimya Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib.
İclası
2019-12-06