NKPI

Xəbərlər

“Heydər Əliyev akademik yaddaşda” kitabı İstanbulda nəşr olunub

Elmi redaktoru və baş məsləhətçisi AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, tərtibçisi filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli olan “Heydər Əliyev akademik yaddaşda” kitabı İstanbulda nəşr olunub.

Kitab milli istiqlal, özgürlük sevdası, azərbaycançılıq məfkurəsi ilə müasir Azərbaycanın memarı, yer üzünə səpələnən 50 milyondan çox azərbaycanlının həmrəyliyinin təminatçısı, adı Şərqdə, Türk dünyasında hörmət, ehtiram və məhəbbətlə çəkilən, millətinin şərəf, məmləkətinin cəsarət nümunəsi olan, Dönüş, Qayıdış, Qurtuluş, Xilaskarlıq missiyası ilə Azərbaycan dövlətinin, Azərbaycan elminin, milli-mənəvi dəyərlərimizin himayədarı Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunub. Kitabda AMEA-nın həqiqi və müxbir üzvlərinin Ulu Öndərin milli dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin ayrı-ayrı məqamlarına həsr olunan yazılar yer alıb.

2019-11-21   892