NKPI

Xəbərlər

Akademik Vaqif Abbasovun akademik Zərifə Əliyeva adına liseyin şagirdləri və müəllimləri ilə görüşü olub

Akademik Vaqif Abbasov 2016-cı ilin dekabrın 1-də akademik Zərifə Əliyeva adına liseyin 9-10-cu sinif şagirdləri və müəllimləri ilə görüşüb. O, şagirdlərlə dialoq şəklində qurulmuş məruzə ilə çıxış etmiş, şagirdlərin çox saylı suallarına cavab vermişdir.

Akademik Vaqif Abbasov özünün müəllif və həmmüəllif olduğu çox saylı kitablarını məktəbin kitabxanasına hədiyyə etmişdir.

Razılıq əldə edilmişdir ki, məktəb ilə Neft-Kimya Prosesləri İnstitutun arasında əməkdaşlıq müqaviləsi bağlansın. Məktəbin kimyanı sevən şagirdləri İnstitutun laboratoriyalarında təcrübə keçəcək, “Sabahın alimləri” müsabiqəsində iştirak etmək üçün layihələr hazırlayıb tədqiqat işləri aparacaqlar.

İnstitutun aparıcı alimləri liseydə məharət dərsləri deyəcək.

İnstitut məktəbin kimya laboratoriyası üçün lazım olan reaktivlərlə təminatı da üzərinə götürüb.

Görüşdə Neft-Kimya Prosesləri İnstitutunun elmi işlər üzrə direktor müavinləri t.e.d. H.İbrahimov və t.e.d. T.Məmmədova, İnstitutun gənc alimlər şurasının sədri k.ü.f.d. N.Abdullayeva, k.ü.f.d. L.Əfəndiyeva, İnstitutun informasiya və telekommunikasiya şöbəsinin müdiri, t.ü.f.d. Z.Ağamalıyev iştirak etmişlər.

2016-12-01   1750