NKPI

Xəbərlər

Akademik Vaqif Abbasov Suraxanı rayonunun 85 nömrəli məktəbin müəllim və şagirdləri ilə görüşüb

Akademik Vaqif Abbasov 2016-cı ilin dekabrın 15-də Suraxanı rayonunun 85 nömrəli məktəbinin müəllim və şagirdləri ilə görüşü olub. Görüşdə akademik Vaqif Abbasov məruzə ilə çıxış edib.

Məktəbin şagirdləri hazırladıqları maraqlı çıxışları təqdim ediblər.

Sonra akademik Vaqif Abbasov şagirdlərin çoxsaylı suallarına cavab verib.

Görüşdə həmçinin 87 nömrəli məktəbin direktoru Elmira Ələkbərova, 89 nömrəli məktəbin direktoru Dadaş Babazadə, 140 nömrəli məktəbin direktoru Məcid Rəsulov, 232 nömrəli məktəbin direktoru Məhluqə Əzizova və Suraxanı rayon icra hakimiyyətinin Elm, Təhsil və Mədəniyyət şöbəsinin müdiri Bərxudar Bərxudarov, Azərbaycan müəllimi qəzetinin müxbiri Rəşad Ziyadov iştirak etmişlər.

Akademik Vaqif Abbasov görüşün yaxşı təşkilinə görə 85 nömrəli məktəbin direktoru Maqsud Əhmədova minnətdarlığını bildirib və müəllifi olduğu kitabları məktəbə hədiyyə edib.

2016-12-15   1507