NKPI

Xəbərlər

Azərbaycan xalqına Neft-Kimya Prosesləri İnstitutunun kollektivinin təbriki

Artıq köhnə ilin başa çatmasına bir gün qalır. Eyni zamanda 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günüdür.

Hər birimizin sevinməyə, qürurlanmağa haqqımız var. Dünyanı iqtisadi böhran bürüdüyü zamanda ölkəmiz sürətli iqtisadi inkişafını davam etdirdi. Bu ilin aprel ayında ermənilərin təxribatlarına cavab olaraq rəşadətli Azərbaycan ordusu onların layiqli dərsini verdi, bayrağımıza həsrətli qalmış Qarabağ torpağında yenidən Azərbaycanın üç rəngli bayrağı dalğalandı.

Ölkəmizin bütün bölgələrində sürətli inkişaf gedir, gözəlləşən ölkəmiz dünyanın sevilən turizm diyarına çevrilib.

Azərbaycan dövlətinin siyasi nüfuzu çox böyükdür. Dünyanın aparıcı dövlətləri Azərbaycanı dünyanın enerji təminatçısı olan ölkə kimi qəbul edib.

İdmançılarımız olimpiya oyunlarında, dünya çempionatlarında, beynəlxalq yarışlarda uğurlu nəticələr əldə ediblər. 2016-cı ildə dəfələrlə bayrağımız bu qələbələr şərəfinə qaldırılıb, himnimiz dünyanın müxtəlif yerlərində səslənib. Şagirdlərimiz dünya fənn olimpiadalarında uğurlu nəticələr qazanıblar.

2016-cı il ölkəmizdə multikulturalizm ili kimi yaddaşlara köçdü. Azərbaycan dünyaya multikulturallıq və tolerantlıq dəyərlərinin bənzərsiz nümunəsini göstərdi.

Dünya azərbaycanlıları bu gün öz qürur yerləri olan vətənləri Azərbaycanı daha çox sevirlər. Ölkəmizin ən vacib tədbirlərində fəal və ürəkdən iştirak edirlər. Onlar bilirlər ki, Azərbaycan dövləti də onlara çox böyük dəyər verir, onların ölkəmiz üçün, dünyamız üçün fəaliyyətlərini yüksək qiymətləndirir.

2016-cı ildə dekabrın 24-də ölkəmizin çox hörmətli Prezidenti İlham Əliyev cənablarının 55 yaşı tamam oldu.

Uğurlu xarici və daxili siyasəti ilə dünyada böyük nüfuz qazanan müdrik Prezidentimiz xalqın qürur yeridir. Xalq Prezidentini, Prezident də xalqını çox sevir. Bu böyük sevgi gələcək illərin uğurlarının əsasıdır.

Ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın 2016-cı ildəki uğurlu fəaliyyəti onun dünya miqyasında formalaşmış böyük nüfuzunu daha da gücləndirmişdir. Xalqımız öz müdrik qızını çox sevir, onun təhsilimizin və mədəniyyətimizin inkişafında, mədəni irsimizin qorunub saxlanmasında əvəzsiz xidmətlərinə çox böyük dəyər verir.

Qarşıda Azərbaycanımızı daha böyük uğurlar gözləyir.

Qarşıdan gələn Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibəti ilə Neft-Kimya Prosesləri İnstitutunun kollektivi aşağıdakı təbrik sözlərini ifadə edir:

Çiçəklənən Azərbaycan, inkişaf edən Azərbaycan yaradan, onun beynəlxalq nüfuzunu ən ali səviyyəyə qaldıran, yenilməz Azərbaycan ordusu yaradan çox hörmətli Prezidentimiz İlham Əliyev cənabları bayramınız mübarək olsun!

Xalqımızın müdrik və sevimli qızı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili xanım Mehriban Əliyeva bayramınız mübarək olsun!

Şanlı tarixi olan, bu gün öz güclü dövləti olması ilə qürurlanan, fəxr edən böyük və ulu xalqımız bayramın mübarək olsun!

İlham Əliyev – xalq birliyi həmişə var olsun!

Ulu öndər Heydər Əliyevin böyük siyasətinin uğurlu davamına eşq olsun!

 

Neft-Kimya Prosesləri İnstitutunun kollektivi

 

2016-12-30   733