NKPI

Xəbərlər

“Kataliz lüğəti” adlı kataliz üzrə azərbaycan-rus terminoloji lüğəti çapdan çıxıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əməkdaşları – k.e.d., professor Keykavus Əcəmov, k.ü.f.d., dosent Elvira Hüseynova və k.ü.f.d. Lamiyə Mürsəlovanın həmmüəllifi olduqları “Kataliz lüğəti” (Kataliz üzrə azərbaycan-rus terminoloji lüğəti) kitabı çap olunub.

Təklif edilən lüğətin içində kataliz hadisəsinin, katalizatorların, katalitik reaksiyaların, tədqiqat üsullarının və b. katalizlə bağlı terminlərin, nəzərdən keçirilməsi zamanı istifadə olunan azərbaycan-rus şərhləri, anlayışları və tərifləri vardır. Lüğət “kataliz” ixtisası üzrə tələbələr və doktorantlar tərəfindən, həmçinin kataliz dünyası ilə maraqlanan hər kəsin dərsliklər və xüsusi mətnlərin mənimsənilməsini yüngülləşdirmək üçün nəzərdə tutulmuşdur.

2021-02-19   137