Xəbərlər
“Neft və qaz emalında kataliz” (Nanokataliz-I) dərs vəsaiti çapdan çıxıb
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əməkdaşları – k.e.d., professor K.Y.Əcəmov, k.e.d., professor F.Ə.Əmirov, k.ü.f.d., dosent F.A.Həşimov və k.ü.f.d. E.T.Zeynalovun həmmüəllifi olduqları “Neft və qaz emalında kataliz” (Nanokataliz-I): “Neft emalında kataliz” və “Qaz emalında kataliz” fənləri üzrə dərs vəsaiti çap olunub.
Nanostrukturların fiziki-kimyəvi xassələrinə həsr olunmuş və ədəbiyyatda son illərdə bu mövzuya həsr olunmuş məlumatlarla zəngin dərs vəsaiti kimi kimya fakultəsində “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan bakalavrlar, “Neft emalının texnologiyası”, “Neft-kimya sintezinin texnologiyası”, “Polimerlərin kimyəvi texnologiyası” və “Polimerlərin və kompozisiya materialların emalı texnologiyası” magistrantlar və doktorantlar üçün nəzərdə tutulmuşdur.
Dərs vəsaitində nanostrukturların strukturu və səthinin həndəsəsi, elektron quruluşu, faza tarazlığı və termodinamikası, fonon spektri və termiki xassələri, keçiricilik xassələri, optiki, maqnit, mexaniki xassələri, stabilliyi və nanostrukturların başqa fiziki-kimyəvi xassələri kompleks baxış şəkildə öz əksini tapır.
2021-02-19
166
Ətraflı

Son Xəbərlər
“Qlobal Koreya” təqaüd proqramına sənəd qəbul olunur
Koreya Respublikası tərəfindən 2021-2022-ci tədris ili üzrə “Qlobal Koreya” təqaüd proqramı elan edilib.
Bu
2021-03-01
26 fevral 2021-ci il tarixində AMEA-nın akademik Yusuf Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) Azərbaycan-Fransız Universitetinin (UFAZ) əməkdaşları
2021-03-01
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə
2021-02-26