Xəbərlər
“Neft və qaz emalında kataliz” (Nanokataliz-II) dərs vəsaiti çapdan çıxıb
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əməkdaşları – k.e.d., professor K.Y.Əcəmov, k.ü.f.d., dosent E.Ə.Hüseynova və k.ü.f.d. E.T.Zeynalovun həmmüəllifi olduqları “Neft və qaz emalında kataliz” (Nanokataliz-II): “Neft emalında kataliz” və “Qaz emalında kataliz” fənləri üzrə dərs vəsaiti çap olunub.
ADNSU-nun “Neft-kimya texnologiyası və sənaye ekologiyası” kafedrasının professoru Keykavus Əcəmovun rəhbərliyi altında müəlliflər kollektivi tərəfindən yazılmış dərs vəsaiti onun 40 il müddətində “Neft emalında kataliz” ümumi kursu çərçivəsində oxuduğu mühazirə materiallarına əsaslanır və öz nəslinin ilk nəşri hesab edilir ki, burada oxucuya nanokatalizin nəzəri və praktiki əsaslarını təqdim etməyə təşəbbüs edilmişdir.
Dərs vəsaiti geniş oxucu dairəsi: kimya ixtisasının tələbələri və müəllimləri, alimlər və mühəndis-texniki işçilər üçün nəzərdə tutulmuşdur.
2021-02-19
170
Ətraflı

Son Xəbərlər
“Qlobal Koreya” təqaüd proqramına sənəd qəbul olunur
Koreya Respublikası tərəfindən 2021-2022-ci tədris ili üzrə “Qlobal Koreya” təqaüd proqramı elan edilib.
Bu
2021-03-01
26 fevral 2021-ci il tarixində AMEA-nın akademik Yusuf Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) Azərbaycan-Fransız Universitetinin (UFAZ) əməkdaşları
2021-03-01
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə
2021-02-26