NKPI

Xəbərlər

“Uğurlu insan olmaq yolu” kitabı çapdan çıxıb

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Məhərrəm oğlu Abbasovun, filologiya elmləri üzrə fəlsəfə doktoru Ülviyə Vaqif qızı Abbasovanın, Mətanət Əlqəmə qızı Şahbazovanın və Mədinə Məmməd qızı Babayevanın həmmüəllifliyi ilə “Uğurlu insan olmaq yolu” adlı kitab çapdan çıxıb.

Kitab uğurlu həyat yaşamaq istəyən xeyirxah, səmimi, sülhsevər, keçmişə, böyüklərə sayqılı, cəsur, elmli, bilikli, işgüzar, sağlam, vətənsevər övladlar yetişdirmək istəyən hər bir insan üçün faydalı mənbə ola bilər.

Bu kitabda verilən məlumatların əksəriyyəti tarixin uzun illər sınaqlarından uğurla keçmiş, öz təsdiqini tapmış məlumatlardır.

2021-02-22   872