NKPI

Xəbərlər

AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun və Təcrübə-Sənaye Zavodunun birgə yeni uğuru

2017-ci ilin iyunun 5-8-də Moskvada Beynəlxalq Tibbi Hidrologiya və Klimatologiya Cəmiyyətinin 42-ci Ümumdünya konqresi keçirilib. Konqresdə beynəlxalq sərgi də təşkil olunub.

Konqresdə AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) direktoru, akademik Vaqif Abbasov və institutun baş texnoloqu, k.ü.f.d. İsmayıl İsmayılov iştirak ediblər.

Akademik V.M.Abbasov konqresdə “Terapevtik naftalan yağı və onun əsasında preparatlar” mövzusunda məruzə ilə çıxış edib.

AMEA NKPİ və AMEA TSZ beynəlxalq sərgidə “Ağ Naftalan yağı” və onun əsasında yaradılmış yeni preparatları təqdim edib. Təqdim olunan “Ağ Naftalan yağı” və onun əsasında preparatlar böyük marağa səbəb olub və onların istifadəsi üçün bir çox xarici təşkilatlardan maraqlı təkliflər alınıb.

“Ağ Naftalan yağı”nın yüksək keyfiyyəti Beynəlxalq Tibbi hidrologiya və klimatologiya cəmiyyəti tərəfindən qiymətləndirilib və cəmiyyətin sədri, professor Dr. Pedro Cantistanın imzası ilə əla keyfiyyət diplomu verilib.

2017-06-10   31575