NKPI

Xəbərlər

39 nömrəli məktəbin 9 və 10-cu sinif şagirdlərinin akademik Yusif Məmmədəliyevin memorial muzeyundə ekspedisiyası

05.02.16-cı il tarixdə Bakı şəhərinin Nərimanov rayonunun 39 nömrəli məktəbinin 9 və 10-cu sinif şagirdlərinin bir qrupu AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunda olub. Onlar akademik Yusif Məmmədəliyevin memorial muzeyundə olub.

Sonra şagirdlər institutun direktoru akademik Vaqif Abbasov ilə görüşüblər. Şagirdlərlə dəyirmi masa arxasında maraqlı söhbət aparılıb. Şagirdləri maraqlandıran suallar cavablandırılıb. Şagirdlər institutun saytı ilə tanış olub. Saytda kimyadan verilmiş dərs nümunələri və kimyaya aid əlavə materiallar şagirdləri çox maraqlandırıb. Vaqif Abbasov bir neçə kitabını məktəbə hədiyyə edib.

2016-02-05   3730