NKPI

Xəbərlər

Ümumdünya Mülki Müdafiə günü

01 mart Ümumdünya Mülki Müdafiə günüdür. Bu münasibətlə, AMEA-nın Y.H. Məmmədəliyev adına NKPİ-nin əməkdaşların toplantısı keçirilmişdir.

Toplantını institutun direktoru akademik Vaqif Abbasov açıq elan etmiş və bu haqda öz fikir və mülahizələrini açıqlamışdır.

Daha sonra, NKPİ-nin Mülki Müdafiə Qərargah rəisi Murad Şahmuradov “Ümumdünya mülki müdafiə” günün yaranma tarixi ilə bağlı geniş məlumat vermişdir. Bu toplantıda mülki müdafiə əmlakı, mövcud cihaz və avadanlıqlardan istifadə imkanları barədə və onları nümayiş etdirməklə, cəmiyyətdə təhlükəsizlik mədəniyyəti anlayışı haqda söhbətlər açılmışdır.

Burada əsas məqsəd, Mülki Müdafiə Qərargahının hazırlığı, sənədlər əsasında M.M. tədris qrup rəhbərlərinin məsuliyyətli şəxslər olduğunu və işçilərlə M.M. və əhalinin fəlakət riskinin qarşısının alınmasına daima hazır, faraqat vəziyyətin labüd olduqu haqda diskussiya mövzusu olmuşdur.

 

2016-03-01   948