NKPI

Xəbərlər

39 nömrəli məktəbdə akademik Vaqif Abbasovun müəllimlər, şagirdlər və valideyinlərlə görüşü

 

27.04.2016-cı il tarixdə Bakı şəhər 39 nömrəli məktəbdə akademik Vaqif Abbasovun müəllimlər, şagirdlər və valideyinlərlə görüşü olub.

3 saat 15 dəqiqə davam edən görüş çox maraqlı keçib. Görüşdə şagirdlər Vaqif Abbasovun həyatı və yaradıcılığı haqqında məlumat verib, şerlərini söyləyib, rəks edib və mahnılar oxuyublar.

Nizami Gəncəvinin İskəndərnamə əsərindən İskəndər ilə yeddi alimin söhbəti hissəsi səhnələşdirilmiş olaraq təqdim olunub.

Görüşdə qonaq kimi iştirak edən istedadlı gənc bəstəkar Arif Səlimov görüş zamanı Vaqif Abbasovun şerinə mahnı bəstələyib və görüşdə onu ifa edib.

Sonra söz akademik Vaqif Abbasova verilib. O şagirdlərlə səmimi söhbət edib, təhsil, elm ilə bağlı öz fikirlərini söyləyib.

Akademik Vaqif Abbasov şagirdlərin çox saylı suallarına cavab verib. Vaqif Abbasov bildirib ki, Neft Kimya Prosesləri İnstitutunun direktor müavini, texnika elmləri doktoru Təranə Məmmədova məhz bu məkltəbin məzunudur.

Qərara alınıb ki, institut məktəbə kimya dərslərinin təşkilində yaxından kömək edəcək və məktəbi lazımi kimyəvi reaktivlərlə təmin edəcək.

Həmçinin qərara alınıb ki, məktəbin əlaçı tələbələri və bütövlükdə müəllim kollektivi ilə institut əməkdaşlarının may ayında görüşü keçirilsin.

Məktəbin kitabxanasına çoxlu sayda müxtəlif kitablar və “Kimya məktəbdə” jurnalının çox saylı nüxsələri hədiyyə olunub.

Tədbirdə Bakı şəhər Baş Təhsil İdarəsinin nümayəndəsi, valideyinlər və qonaqlar iştirak edib.

2016-04-28   4836