NKPI

Xəbərlər

AMEA NKPİ ilə ADNSU arasında əməkdaşlıq müqaviləsi bağlanmışdır

13.05.2016-cı il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Neft-Kimya Prosesləri İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır.

 

Universitetin rektoru professor Mustafa Babanlı, proektorlar, dekan və bir neçə müəllim Neft-Kimya Prosesləri İnstitutunun laboratoriyaları ilə tanış olmuş, fikir mübadiləsi aparmış və birgə əməkdaşlıq məsələlərini müzakirə etmişlər.

Aşağıdakı məsələlər üzrə əməkdaşlıq nəzərdə tutulmuşdur:

  • Baza kafedrası işinin genişləndirilməsi;
  • Bakalavr pilləsi tələbələrinin institutda sistemli praktikasının təşkili;
  • Magistr hazırlığında birgə iştirak;
  • Elmi və Qrant layihələrinin hazırlanması və birgə icrası;
  • Dərsliklərin və dərs vəsaitlərinin həmmüəllifliklə yazılması və nəşri.
  • Elmi konfransların birgə təşkili. 
  • Neft-Kimya Prosesləri İnstitutunun görkəmlli alimlərinin bakalavr və magistr pilləsi tələbələri üçün məharət dərslərinin təşkili və s.

2016-05-13   3614