Gənc Alimlər Şurası
GƏNC ELMİ KADRLAR İNSTİTUTUN GƏLƏCƏYİDİR
- Neft Kimya Prosesləri Institutunda hal–hazırda 500-dən artıq əməkdaş çalışır ki, onlardan 200-ü gənc alimlərdir. 2013-cü ildə İnstitutda Gənc Alimlər və Mütəxəssislər Şurası yardılmışdır. Şuranın 21 üzvü var və onun sədri texnika üzrə fəlsəfə dokdoru N.R.Abdullayevadır.
- Gənc Alimlər və Mütəxəssislər Şurasının məqsədi-respublikanın kimya profilli təşkilatları və müəssisələrinin gənc alim və mütəxəssisləri arasında əlaqələrin yaradılması və genişləndirilməsi, bilik və təcrübə mübadiləsidir.
- İnstitutda Azərbaycan Dövlət Neft Akademiyasının, Bakı Dövlət Universitetinin, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının bakalavr və magistrləri diplom işlərini yerinə yetirirlər. İnstitutun alim və mütəxəssisləri ilə birlikdə Ali Neft Məktəbinin tələbələri praktika keçirlər.
- Bu ali məktəb tələbələrinin bir hissəsi İnstitutun doktoranturasnda öz təhsillərini “Neft kimyası”, “Kimya texnologiyası və mühəndislik”, “Neft, qaz və kömürün emalı texnologiyası”, “Qazların emalı proseslərinin kimyası və texnologiyası”, “Makromolekulyar kimya” və s. ixtisaslar üzrə davam etdirirlər.
- Gənc Alimlər və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə gənc mütəxəssislər, gənc alimlərin müsabiqələrində, seminar-məktəblərdə, respublika və beynəlxalq konfranslarda iştirak edirlər.
- Gənc Alimlər və Mütəxəssislər Şurası alimlərə qrant köməyi göstərən fondlar haqqında gənclərə məlumat verir, namizədlik minimumlarına hazırlıqda onlara kömək edir, bayram tədbirlərini və gənclərin istirahətlərini təşkil edir.
- İnstitutun doktorantları və gənc alimləri hər il müxtəlif müsabiqələrdə iştirak edirlər və qalib gəlirlər. Bunlar Respublika gününə, Neftçilər gününə, Ümummilli lider H.Ə.Əliyevin anadan olunmasına həsr olunmuş müsabiqələr, gənclər arasında ilin ən yaxşı elmi-tədqiqat işinə həsr edilmiş müsabiqə, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondu, Gənclər Fondu, Bilik Fondunun xətti ilə keçirilən Qrant proqramları, eləcə də AMEA və NKPİ-nin keçirdiyi gənc alimlərin müsabiqələridir.
Ətraflı

Son Xəbərlər
Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsi
Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib.
“Azərbaycan dilinin orfoqrafiya lüğəti” çap olunub
“Azərbaycan dilinin orfoqrafiya lüğəti” çap olunub. “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 7-ci nəşrini AMEA Nəsimi adına
2021-04-20
Azərbaycan və Belarus prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Bakı, 14 aprel, AZƏRTAC
