NKPI

Maraqlı Məlumatlar

Kimyadan maraqlı məsələlər (həlli ilə) - 18

Məsələ: Karbon (II) oksidi havada təyin etmək əhəmiyyətli praktiki problemdir. Çox vaxt dəm qazının qatılığını təyin etmək üçün (hansısa qaz qarışığında) xüsusi həll edicidə karbon (II) oksid və yod (V) oksid arasında oksidləşmə-reduksiya reaksiyası istifadə olunur. Bu reaksiyada ayrılan yod natrium tiosulfat məhlulu ilə titrlənir.

1) Təyin zamanı gedən kimyəvi reaksiyaların tənliklərini yazın.

2) Əgər n.ş. 3,2 litr hava yod (V) oksid məhlulundan buraxıldıqda əmələ gələn yodu titrləmək üçün 1,95 ml 0,01 n natrium tiosulfat məhlulu sərf olunubsa, hava nümunəsində dəm qazının (CO) qatılığını hesablayın.

3) Əgər havada dəm qazının icazə verilən qatılığı 30 mq/m3-dursa, bu qatılıq insan üçün təhlükəlidirmi?

Cavab:

1) Analiz zamanı aşağıdakı reaksiyalar gedir:

J2O5 + 5CO = J2 + 5CO2;

J2 + 2Na2S2O3 = 2NaJ + Na2S4O6

2) M (CO) = 28,0 q/mol.

Titrləməyə 1,95∙10-3∙10-2 = 1,95∙10-5 mol Na2S2O3 sərf olunub.

Onda verilən hava həcmində stexiometriyaya uyğun olaraq 1,95∙10-5 – 5/2 = 4,875∙10-5 mol və ya 4,875∙10-5∙28,0 = 1,365∙10-3 q CO olub.

Analiz olunan hava nümunəsində dəm qazının qatılığı 1,365∙10-3∙1/3,2 = 4,27∙10-4 q/l olur.

3) 1 m3-ə hesabladıqda bu, 427 mq edir ki, bu da icazə verilən qatılıq həddindən 10 dəfədən də çox artıqdır, uyğun olaraq bu qatılıq insan üçün olduqca təhlükəlidir.

2019-11-21   32279