NKPI

Maraqlı Məlumatlar

Bitkilər – Xalq Təbabətində – 88

Müxtəlif xəstəliklərə qarşı işlədilən bitkilər – II

- Bədəndə olan alalıq xəstəliyinin – vitiliqo (ərəbcə əbləğ xəstəliyi) müalicəsi üçün suiti yağından istifadə olunur. Onu bədənə sürtmə yolu ilə 10-15 gün istifadə etmək lazımdır.

- Ürək xəstəliyi üçün heyva ağacı yarpaq açərkən (pöhrələnmiş) bir neçə yarpağını çay kimi dəmləyib bir neçə gün içilməsi məsləhətdir.

- Göy öskürək üçün 10-15 ədəd innabı bir stəkan inək südündə qaynadıb gündə 3 dəfə (stəkanla) içilməsi məsləhətdir.

- Oynaqlarda olan ağrılar üçün evkalipt ağacının yarpaqlarından bir qədərinə (təxminən 50-60 yarpaq) bir stəkan su qatıb qaynatmaq, sonra üstünə 100 qram spirt və yaxud 200 qram araq əlavə edib, bir qədər yenə qaynatdıqdan sonra tənziflə süzüb gündə iki dəfədən az olmayaraq ağrıyan yerlərə sürtmək xeyirlidir.

- Astmalı və təngənəfəs xəstələr üçün xörəkdə ədviyyə (zəfəran, darçın və s.) çox işlətməklə belə, dəvə südü içmək çox xeyirlidir.

- Gözdə qızartı və qan ləkəsi olanda şirin ağ narın suyunu toyuq yumurtasının sarısı ilə qarışdırıb qaynatmaq, məlhəm halına saldıqdan sonra tənziflə bir neçə gün gözün üstünə bağlamaq xeyirlidir.

- Mədə zəifliyinin qarşısını almaq üçün ceyranın qarın və mədəsini birlikdə qiymə kimi döyüb qutab bişirmək və yaxud qovurub yemək çox xeyirlidir.

 

Mənbə: Əliyar İbrahimov, Fatmaxanım Nəbiyeva “Bitkilər – xalq təbabətində”. Bakı, “Elm” 2020, 202 s.

2021-03-01   32503