NKPI

Maraqlı Məlumatlar

Tapmacalar – 212

***
Yox gözüm ikiüzlünü görməyə
Bunu deyim, axtarıb, bir göy deyə.
Dəhşət, neynim, otağımda üçüzlü,
Səkkiz dənə qısılıb, hamı üzlü.
Bilirəm, rədd olub getməyəcəklər,
İsti otağı tərk etməyəcəklər.
Bu üçüzləri bir tapın nədir?
Pəncərən pəncərə, bəs qapın nədir?
Bax görüm orada varmı bunlardan?
De, necə qorundu Roma bunlardan?
Şkaflarda, tumboçkalarda varsa bax,
Tapmasan başını otur yerə çax.
Onları birdən sən sayma erməni!
“Düz deyil”, -deyibən, qınama məni.
(Evin küncləri)
***
Burunu həm silahdı,
Bax, tapmasan günahdı.
Burnunda var barmaqlar,
Yapışmağa qarmaqlar.
(Fil)
***
Divarı, qapısı bu mağaranın
Bir yerdə açılır, birgə bağlanır.
Kənardan keçib get çox getmə yaxın,
İydən çiyrənənin qəlbi dağlanır.
(Natəmiz ağız)
***
Bir paya üstündə üçü şaquli
Durubdur, cərgədə sonda Şaxqulu.
(“Ş” hərfi kiril əlifbası ilə “Ш”)
 
Mənbə: Muradov İ.C. “Tapmacalar”. Bakı: “Müəllim” nəşriyyatı, 2019, 240 səh.

2021-04-08   278