NKPI

Abbasov Vaqif Məhərrəm oğlu

Anadan olduğu yer: Azərbaycan Respublikasi, Tərtər rayonu, Cəmilli kəndi
Təvəllüdü (gün, ay, il): 1952-ci il oktyabrın 5-də
Təhsil (məktəbin adı və ixtisası): V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu (indiki ADPU) kimya fakultəsi
Elmi dərəcəsi: Kimya elmləri doktoru
Elmi rütbəsi: Akademik
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı:

02.00.13 - Neft kimyası

Olefinlər  və  bəzi  turşular əsasında amin və xrom kompleksləri–korroziya inhibitorları və karbohidrogen yanacaqlara antistatik aşqarlar kimi

Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 2001, neft kimyası
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 1558 (31.08.2023-cü ilə qədər olan məlumat)
Xaricdə çıxmış elmi əsərlərin sayı: 441 (254 məqalə, 187 tezis)
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı:

Müəlliflik şəhadətnamə və patentlər - 86;

Monoqrafiyaların sayı - 69;

Dərslik - 22;

Dərs vəsaiti - 29

Əsas elmi nailiyyətləri:
  1. V.M.Abbasov tərəfindən korroziya inhibitorlarının yaradılması və onların tətbiqi sahələrində geniş tədqiqat işləri aparılmışdır. Karbamid və aminlər əsasında yeni növ fosfat komplekslərinin sintez üsulu yaradılmışdır; «VFİKS-82», «Azəri», «Kaspi-2» və s. kimi çoxfunksiyalı korroziya inhibitorlarının istehsalı təşkil olunmuşdur. NKPİ-nin Təcrübə-Sənaye Zavodunda illik gücü 15000 ton olan «VFİKS-82» inhibitorunun istehsalı üzrə sənaye qurğusu yaradılmışdır. O, Rusiya Federasiyası «Azəri» inhibitorunun istehsal texnologiyasına lisenziya almış və Meleuz (Başqırdıstan) şəhərində illik gücü 20000 ton gücündə qurğu yaratmışdır. Qərbi Sibir neft yataqlarında bu inhibitorlar Rusiya, Belçika və İngiltərədə istehsal olunan SNPX-6011B, İKB-4V, Korreksit-7755, Korreksit-7798 inhibitorların əvəzinə işlədilmişdir.V.M.Abbasov tərəfindən işlənib hazırlanmış AP-L34-1 antistatik aşqarı Bakı Şin Zavodunda, Tbilisi Aviasiya Zavodunda və Perm Mühərriklər Zavodunda müvəffəqiyyətlə öz tətbiqini tapmışdır.
  2. 1988-92-ci illərdə «VFİKS-82» və «Azəri» inhibitorları Ukraynanın neft yataqlarında, Türkmənistanda və «Neft Daşları»nda (Azərbaycan) sənaye miqyasında müvəffəqiyyətlə sınaqdan keçmiş və tətbiq olunmuşdur. 1984-1992-ci illərdə Neft Kimya Prosesləri İnstitutunun Təcrübə Sənaye Zavodunda 5535 ton VFİKS-82 inhibitoru istehsal olunmuş və Azərbaycanın, Türkmənistanın və Ukraynanın neft yataqlarında istifadə olunmuşdur. Meleuz Mineral Gübrələr Zavodunda 1989-1997-ci illərdə 15854 ton VFİKS-82 inhibitoru istehsal olunmuş və Rusiya Federasiyasının neft yataqlarında istifadə olunmuşdur. VFİKS-82 inhibitorunun qış analoqu olan “Azəri” çoxfunksiyalı inhibitoru Meleuz Mineral Gübrələr Zavodunda 1989-1997-ci illərdə 6600 ton həcmində ishehsal olunmuş və Rusiya Federasiyasının neft yataqlarında istifadə edilmişdir.
  3. Onun rəhbərliyi altında α-olefinlər əsasında, tərkibində 25 həcm faizi H2S və CO2 olan mühitlərdə işləyə bilən çoxfunksiyalı hidrogen-sulfid korroziyası inhibitoru yaradılmış, sənaye sınaqlarından keçirilmiş və tətbiq edilmişdir. Bu iş keçmiş SSRİ üzrə vahid elmi proqram əsasında aparılmış, olefinlər əsasında inhibitorların yaradılması işinə rəhbərlik bilavasitə, V.M.Abbasova  tapşırılmışdır. «Kaspi-2», «Araz-1» və «Abşeron» adlı inhibitorlar yaradılmış, onların təsir mexanizmi öyrənilmişdir.
  4. Akademik V.M.Abbasovun rəhbərliyi altında yaradılmış «Kaspi-2» inhibitoru Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (keçmiş “Azərneftyanacaq” İB) katalitik riforminq qurğusunda ABŞ-dan xarici valyuta ilə alınan «Yunikor» inhibitorunun əvəzinə ondan daha effektli olan inhibitor kimi tətbiqini tapmışdır. Akademik V.M.Abbasovun ideyası və rəhbərliyi ilə yaradılmış “Kaspi” inhibitoru 2021-ci il iyul ayının 15-nə qədər 186,76 ton istehsal olunaraq istifadə edilib.
  5. V.M.Abbasov neftin ilkin emal qurğuları üçün dünyada analoqu olmayan «Kaspi-Х» neytrallaşdırıcı-inhibitor yaratmışdır. 95-97% müdafiə qabiliyyətinə malik bu inhibitor öz effektinə görə Almaniyanın “Xyoxst” firmasının «Dodigen-481» inhibitorundan üstündür. O, 1995-ci ildə H.Əliyev adına Bakı Neft Emalı Zavodunda neftin ilkin emal qurğusunda tətbiq olunmuşdur.İnhibitor hazırda bu zavodda uğurla istifadə olunur (1995-ci ildən 15.07.2021-ci ilə qədər 25709.29 ton).
  6. V.M.Abbasovun rəhbərliyi ilə 1997-ci ildə çoxfunksiyalı parafinçökmə inhibitoru («Parkorin-l») yaradılmış, neftçıxarma üzrə Azərbaycan-Türkiyə müəssisəsinin birgə istismar etdiyi yataqlarda («Mişovdağ») sənaye sınağından keçirilmiş və 1998-ci ilin fevral ayından istifadəsinə başlanılmışdır.
  7. 1998-ci ildə V.M.Abbasovun ideyası və rəhbərliyi ilə «Xəzər» deemulqatoru yaradılmış, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda sınaqdan keçirilmiş və Almaniyada istehsal olunan PROQALİT deemulqatorunun əvəzinə tətbiqi təşkil olunmuşdur (1998-ci ildən 15.07.2021-ci ilə qədər 3511,24 ton).
  8. 2011-ci ildə çoxfunksiyalı “Xəzər-24” deemulqator-inhibitoru yaradılmış, təcrübə-sənaye istehsalı təşkil edilmişdir. Almaniyadan alınan “Disolvan” və Azərbaycanda istehsal olunan “Alkan” deemulqatorları ilə müqayisəli sənaye sınaqları keçirilmiş və “Xəzər-24” deemulqator-inhibitor analoqlarından daha effektli olduğu üçün sənayedə istifadəsi təklif olunmuşdur.
  9. 1998-2000-ci illərdə V.M.Abbasovun rəhbərliyi altında yüksək keyfiyyətli «Bakı» ərp həlledicisi yaradılmış, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda indiyədək istifadə olunur (1998-ci ildən 15.07.2021-ci ilə qədər 86,56 ton). Hazırda “Kaspi - X”, “Kaspi – X(M)”, “Kaspi” inhibitorlarının, Bakı ərp həlledicisinin, “Xəzər” deemulqatorunun istehsalı və tətbiqi davam edir.
  10. Akademik Vaqif Abbasov “Əsrin müqaviləsi”nin uğurlu icrasında da öz böyük töhvəsini vermiş, BP şirkətinin Azərbaycanın Azəri, Çıraq yataqlarının istismarı üçün reagentlərlə və analiz üsulları ilə təminat üzrə elan etdiyi tenderlərdə (1998-2003 və 2003-2011-ci illər) Norveçin “Dino” firması ilə NKPİ və İNKOR MMC, ABŞ-ın “Çempion” firması ilə NKPİ və İNKOR MMC alyansı qalib olmuşdur.
  11. Analoqlarından yüksək effektivliyi ilə fərqlənən «NKPİ-34-2» köpükəmələgətiricisi yaradılmış və sənayedə tətbiq olunmuşdur. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həmin maddənin istehsalı və istifadəsi üçün lisenziya vermişdir (26,94 ton istifadə edilmişdir).
  12. 2009-cu ildə V.M.Abbasovun rəhbərliyi ilə “Kaspi-X(M)” inhibitoru yaradılmış, Heydər Əliyev adına Neft Emalı Zavodunun kimyəvi təmizlənmiş su nəqli sistemini korroziyadan müdafiə üçün sənaye sınağından keçirilmiş və tətbiqinə başlanmışdır (2009-cu ildən 01.04.2019-a qədər 286,20 ton istifadə edilmişdir).
  13. İlk dəfə olaraq V.M.Abbasov nitron turşuları əsasında çoxfunksiyalı inhibitor-bakterisidlərin yaradılması ideyasını irəli sürmüş və turşular əsasında çoxfunksiyalı reagentlərin yaradılmasının mümkünlüyünü təsdiq edilmişdir.
  14. V.M.Abbasovun neft kimyası sahəsində apardığı tədqiqat işlərindən biri, dünyada analoqu olmayan müalicəvi Naftalan neftinin struktur-qrup tərkibinin öyrənilməsi və onun yeni təmizlənmə texnologiyasının yaradılmasıdır.
  15. 2014-2017-ci illərdə akademik V.M.Abbasovun rəhbərliyi altında müalicəvi Naftalan neftinin adsorbentlə səmərəli təmizlənmə texnologiyası işlənib hazırlanmışdır.
  16. İlk dəfə olaraq V.M.Abbasovun yaratdığı texnologiya əsasında Ağ Naftalan mazının istehsalı üçün texniki standartları Respublika Səhiyyə Nazirliyi tərəfindən 2001-ci ildə təsdiq edilmiş, və onun naften karbohidrogenləri “Ağ Naftalan yağı” 2014-cü ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən dərman preparatı kimi qeydiyyata alınmışdır.
  17. 2017-ci ildə Tibbi Hidrologiya və Klimatologiya Beynəlxalq Cəmiyyətinin “42-ci Ümumdünya konqresində” təşkil olunmuş Beynəlxalq sərgidə “Ağ Naftalan yağı” yüksək keyfiyyət sertifikatı almışdır.
  18. Akademik V.M.Abbasovun rəhbərliyi ilə yaradılmış bitum üçün adgeziya aşqarı V-2 2015-ci ildən Azərbaycan Respublikasının yol tikintisində uğurla istifadə olunur və 15.07.2021-ci ilə qədər 620.675 ton istehsal edilmişdir. 
  19. Akademik V.M.Abbasovun ideyası və rəhbərliyi ilə yaradılmış “Azofos” və “Azofos-K” gübrələri sahə sınaqlarından müvəffəqiyyətlə çıxmış və tətbiq üçün tövsiyə olunmuşdur. 2017-2021-ci illərdə 189.14 ton istehsal olunaraq tətbiq edilmişdir.
Elmlər namizədlərinin (fəlsəfə doktoru) sayı: 41
Elmlər doktorlarının sayı: 14
Əsas elmi əsərlərin adları:
  1. Аббасов В.М., Гасымов З.З., Набибекова Х.А. Изучение влияния присадки АП-Л34-1 на антистатические свойствa светлых нефтепродуктов. Ж. «Транспорт и хранение нефтепродуктов углеводородного сырья», Москва, 1988, N4.
  2. Аббасов В.М. Перспективные направления синтеза ингибиторов сероводо-родной коррозии для сред с аномальным содержанием H2S и CO2 Ж. «Азербайджанское нефтяное хозяйство», N11-12, 1994, с.45-50.
  3. Аббасов В.М., Мамедов И.А. Исследование механизма защитного действия ингибиторов коррозии в двухфазной системе. Ж. «Защита от коррозии и охрана окружающей среды», 1995, N10, с.6-8.
  4. Аббасов В.М., Исаев Г.А., Джафарова Р.А. Структурно-групповой состав ароматических углеводородов нафталанской нефти и ее люминесценция. Ж. «Азербайджанское нефтяное хозяйство», 1999, N2, с.24-26.
  5. В.М.Аббасов, А.Н.Гасанов, Д.Н.Мамедов, Н.Н.Мусаев, Г.А.Наджафова, Н.Р.Абдуллаева. Отличительные особенности лечебной нафталанской нефти от некоторых промышленных нефти Азербайджана. Журнал. Процессы Нефтехимии и нефтепереработки. 2005, 3(22), с.32-34.
  6. Аббасов В.М., Г.А.Исаев. Лечебная нефть Нафталана «Азербайджан: проблемы разбития», 1996, 5 июня- N 22(43), с. 16-19.
  7. Аббасов В.М., А.С.Абдуллаев, Г.С.Гарайев, Н.Д.Ялийев, Э.Я.Исайева, З.В.Аббасова. Naftalan neftinin naften karbohidrogenlərinin açıq sınıq yaralarının müalicəsinin tətbiqi. IV Bakı Beynəlxalq Məmmədəliyev adına neft-kimya konfransının məruzələrinin tezisləri. 2000, 19-22 sentyabr, c.327.
  8. Аббасов В.М., Г.А.Исаева, М.М.Аббасова. Результаты исследований лечебной Нафталанской нефти из различных скватин. Процессы нефтехимии и нефтепереработки. 2000, N2, с.26-29.
  9. Аббасов В.М., Г.А.Исаева. Лечебная Нафталанская нефть: вчера, сегодня и в перепектеве. Процессы нефтехимии и нефтепереработки. 2000, N3, с.31-35.
  10. Аббасов В.М., Самедов А.М., Алиева Л.И., Самедов М.А. Антикоррозионные свойства солей нефтяных-кислот в условиях морской нефтедобычи. Практика промивокоррозионной защиты, №1 (51), 2009,с.10-14.
  11. Аббасов В.М., Шаи-Минг Пенг, Р.Г.Исмаилов, Л.М.Эфендиева, Зейналов Э.Б., Агамалиев З.З. Получение нафтеновых кислот при каталитическом участии пятиядерного комплекса. Процессы нефтехимии и нефтепереработки, 10, 3-4 (39-40), 2009, С.252-254.
  12. Аббасов В.М., Зейналов Э.Б., Агамалиев З.З. и др. Оптимизация получения СНК окислением дизельной фракций смеси бакинских нефтей. Москва, Нефтепереработка и нефтехимия, 2010, №11, С.42-46.
  13. Аббасов В.М., Алиева Л.И., Алиева Ф.М., Махмудова Л.А., Талыбова А.Г., Габибуллаев Р.Ф. Разработка оптимального режима нитрования высших линейных олефинов оксидом азота. Практика противокоррозионной защиты. Москва, 2011, №3 т.61, С.64-70.
  14. Н.Р.Абдуллаева, Т.А.Исмаилов, Р.С.Магеррамов, Т.А.Мамедова, Х.Р.Велиев, В.М.Аббасов. Синтез и исследование антистатических присадок к дизельным топливам на основе нефтяных кислот. Нефтехимия. Москва. 2011. №5. С.88-94.
  15. V.M.Abbasov, F.İ.Səmədova, Q.M.Qasımov, L.İ.Əliyeva, C.Q.Quliyev. Neft və neft-kimya məhsullarına azərbaycan respublikasının dövlət standartları. Bakı. “Elm”. 2012. 191 C. Kitab
  16. M.Hany Abd-El-Lateef, V.M.Abbasov, L.I.Aliyeva. “Novel corrosion inhibitors for protection from CO2 corrosion”. LAP Lambert Academic Publishing.- Germany. 2012. 228 P. Kitab
  17. V.M.Abbasov, Hany M. Abd.El-Lateef, L.I.Aliyeva, T.I.Ismayilov. “Corrosion inhibition of carbon steel in oil flied formation water containing CO 2 by some surfactants from the type of fatty acids”.// “International Porous and Powder Materials” adlı konfrans.-3-6 sentyabr 2013.-İzmir Türkiyə.-S 30.
  18. V.M.Abbasov, Adel.A.Mazzouk, A.H.Talybov, S.Z.Kasimova, O.A.Aydemirov. “Synthesis of 2,4,5-Triphenyl imidazole Derivatives using 1,4-Dimethyl Pipra- rinium Hydrogen Sulfate as Green, Reusable Catalyst”.// International Porous and Powder Materials” adlı konfrans.-3-6 sentyabr 2013.-İzmir Türkiyə.-S 26.
  19. G.A.Muhtarova, N.Kh.Efendiyeva, Z.A.Gasimova, H.C.İbrahimov, V.M.Abbasov. “İnfluence of Regime Parameters to the Hydrocracking process of Goudron in the presence of suspended nanosized catalysts”. // International Porous and Powder Materials” adlı konfrans.-3-6 sentyabr 2013.-İzmir Türki- yə.-S 52.
  20. Hany M. Abd.El-Lateef, V.M.Abbasov, L.I.Aliyeva, A.A.Qasimov, I.T.Ismayilov. “Inhibition of carbon steel corrosion in CO 2 -saturated brine us- 58 ing some newly surfactants based on palm oil: Experimental and theoretical in- vestigations”.// Journal of Material Chemistry and Physics.- 29 July 2013.-P 1- 10.
  21. В.М.Аббасов, Р.П.Джафаров, Е.Ш.Абдуллаев, Е.Дж.Агазаде, Э.К.Гасанов. «Оптимизация процесса создания консервационных жидкостей на основе амидоаминов и нитропродуктов». // Мир нефтепродуктов, № 8, 2013, С.17-20.
  22. Vagif M. Abbasov, Hany M. Abd El-Lateef, Sevinc A. Mamedxanova, Leylufer I. Aliyeva, Teyyub A. Ismayilov et al. Inhibitive Effect of Some Natu- ral Naphthenates as Corrosion Inhibitors on the Corrosive Performance of Car- bon Steel in CO 2 -Saturated Brine. // International Journal of Scientific Research in Environmental Sciences (IJSRES), Volume 1, 2013, p.166-178.
  23. G.A.Muhtarova, N.Kh.Efendiyeva, Z.A.Gasimova, H.C.İbrahimov, V.M.Abbasov. “İnfluence of Regime Parameters to the Hydrocracking process of Goudron in the presence of suspended nanosized catalysts”. // International Porous and Powder Materials” adlı konfrans.-3-6 sentyabr 2013.-İzmir Türki- yə.-S 52.
  24. Hany M. Abd.El-Lateef, V.M.Abbasov, L.I.Aliyeva, A.A.Qasimov, I.T.Ismayilov. “Inhibition of carbon steel corrosion in CO 2 -saturated brine us- 58 ing some newly surfactants based on palm oil: Experimental and theoretical in- vestigations”.// Journal of Material Chemistry and Physics.- 29 July 2013.-P 1- 10.
  25. В.М.Аббасов, Р.П.Джафаров, Е.Ш.Абдуллаев, Е.Дж.Агазаде, Э.К.Гасанов. «Оптимизация процесса создания консервационных жидкостей на основе амидоаминов и нитропродуктов». // Мир нефтепродуктов, № 8, 2013, С.17-20.
  26. V.М Abbasov, A.R Ezizbeyli, R.A Jafarova, S.A Ahmedbekova, D.B Agamalieva “Influence of alkylated naphtenic acid amide containing biocide compositions of baku crude oil on sulphate reducing bacteria” 2014, Журнал European Chemical Bulletin. Том 3 №9 ,Стр.949-952
  27. A.R.Ezizbeyli, V.М. Abbasov, E.H Mamedbeyli «Novel halide derivatives of alkyleamines compounds: synthesis and characterization», 2nd International Conference on Energy, Regional Integration and Socio-Economic Development, 2014, № 7415
  28. V.M Abbasov, L.I Alieva, Z.H I.T.Ismayilov, Hany M.Abd El-Lateef, V.M.Abbasov, E.N.Efre­menko, L.I.Aliyeva, Ch.K.Salmanova “Enhanced corrosion inhi­bition of mild steel in CO2-saturated solutions containing some novel green surfactants based on cottonseed oil”. // Int.J.Corros.Scale Inhib // 2015. 4. №1. P 57-74.
  29. Asadov, E.V. Rachmanov, I.G. Nazarov “ Study of the biodegradability of anion-active surfactants on the ground of polyunsaturated fatty acids” 2014, Журнал “Chemistry for sustainable development” Том 22 №2 Cтр.105-111
  30. V.M.Abbasov, H.C.Ibragimov, A.D.Guliyev, T.A.Ibragimova, L.M. Efendieva, V.A.Nagiyev, S.A.Seidova “Metal containing composi­tes based on styrene so-polymers and butoxymethyl methacrylate as a catalyst in the oxydation of the diesel fraction”. //Journal of Advances in Chemistry// 2015. Vol. 11. N 5. P.3554-3558.
  31. V.M.Abbasov, L.I.Aliyeva, Hany M.Abd. El-Lateef, I.T.Ismayilov “Some surfactants based on the vegetable oils as CO2 corrosion inhibitors for mild steel in oilfield formation water” // Int.­J.Corros.Scale Inhib// 2015.4. №2.    P. 162-175.

  32. A.Z.Aliyeva, V.M.Abbasov, A.E.Aliyeva, G.G. Nasibova, F.A.Amirov “The aerobic oxidation of decalin and tetralin with presence of a metal-containing carbon nanofibes”. // Journal of International Scientific Publications//  2015. Vol.9. P.251-260.
  33. V.M.Abbasov, L.M.Əfəndiyeva, N.H.Nuriyev, N.F. Sədiyeva, S.A. İsgəndərova, E.M.Quliyeva “Müxtəlif funksional qrup tərkibli mürəkkəb efirlərin alınması” //Azərbaycan Neft təssərrufatı// 2015. № 10.S .37-40.
  34. Shaaban K.Mohamed, Jim Sipmson, Adel A.Marzouk, Avtandil H. Talybov, Antar A. Abdelhamid, Yusif A. Abdullayev and Vagif M. Abbasov “Multicomponent green synthesis, spectroscopic and sturctural investigation of multi-subsituted imidazoles. Part 1” //Z.Naturfor-schung(Almaniya)// 2015. P.4140-4147.
  35. L.M.Afandiyeva, V.M. Abbasov, E.H.Ismailov, A.N.Musa, S.A. Suleymanova “Liquid-phase aerobic oxidation of petroleum hydrocarbons in the presence of crand Co-complexes” //European science review// 2016. P.197-200
  36. I.A.Safarli, T.A.Mammadova, V.M.Abbasov, Kh.Sh. Teyubov, M.M. Abbasov “Study of dearomatization property of adsorbent Az-4 in diezel distillat”.// XII European Conference on innovations in Technical and natural sciences// Vienna, Austria. may 2016.     P.158-165
  37. T.A.Mammadova, M.M.Abbasov, Z.Aliyeva, A.Namazov, Z. Khanbutayeva, V.M.Abbasov “The production method of bio­diesel fuels by using low energy waves and research products of their combustion” // Journal of International Scientific Publications// 2016.  vol.10. P.114-120
  38. L.M.Afandiyeva, V.M.Abbasov, L.İ.Aliyeva, L.H.Nuriyev, S. Ah­madbayova, E.Azizbeyli “Investigation inorganic complexes of amidoamines synthesized from synthetic oxy- and petroleum acids as corrosion inhibitor” //International turkic world conference on che­mical sciences and technologies// Macedonia. 2016. 26-30 october. P.150
  39. V.M.Abbasov, N.Sh.Rzayeva, S.Z.Ahmadova, E.K. Hasanov, E.I. Suleymanova “Study of opportunuties for formation of conser­vative liquid on the base of sunflower oil”. //Processes of petrochemistry and oil refining//  2016. vol.17, . №3, P.262-265
  40. V.M.Abbasov, Z.H.Asadov, S.S.Suleymanova, E.S.Abdullayev, R.A.Rahimov “Inhibition of steel Corrosion by complex salts on the basis of trigycerides of rape-seed oil” // Chemical Problems, P 416-420
  41. T.A.Mammadova, I.A.Safarli, M.M.Abbasov, V.M. Abbasov, A.F.Abbasova, X.S.Teyyubov “Using of natural zeolites and magnetic field in process of dearomatization of straightrun diesel fuel //International research journal of engineering and technology//  2017. vol 4. issue 2. P.31-38

  42. V.M.Abbasov “V.M.Abbasovun aforizimləri və məsləhətləri” // Bakı. SkyG//  2017. 103 S.
  43. YJ Aghazada, V. M Abbasov, S.E Abdullayev, E.  K Hasanov, S. S Suleymanova  “The research of anti corrosive properties of various compositions on samples of standard metals” Polish Journal of Chemical Technology,  2017/12/1, TOM 19 (4) P.80-86
  44. Y.C. Ağazadə, V.M. Abbasov, F.A.Nəsirov, S.E.Abdullayev, E. K. Həsənov “Oksidləşmiş maye kauçuk və imidaaminlər əsasında alınmış konservasiya sürtgülərinin xarakteristikası” //.// Kimya problemləri//2017,  № 4 s.397-404
  45. T.A. Mammadova, A.R.Hasanova, M.M.Abbasov, E.Sh.Abdul­layev, V.M.Abbasov,  S.A. Mammadkhanova   “The investigation of the natural nanotubes modified by the transition metal oxides in the production process of the environmentally-friendly diesel fuels” //Processes of petrochemistry and oil refining// 2017, №4, S.381
  46. V.M. Abbasov, G.A. Isayeva, A.E. Alizadeh, A.H. Azizova, Z.V. Abbasova, G.E. Ismayilova,  N.D. Nabiyeva, P.E. Movsumova, E.P. İbrahimov “Research of structure-group composition of narrow fractions of therapeutic naphthalan oil” // Processes of Petrochemistry and oil Refining // 2018, №1,   P.3-16
  47. М.М.Аббасов, Т.А.Маммадова. Х.Ш.Теюбов, А.Р.Гасанова, Н.Э.Мов­сумов, З.Г.Кочарли, С.А.Мамед­ханова, В.М.Аббасов “Получение “Зеле­ного дизеля” и “Зеленого бензина” в процессе легкого гидрокрекинга вакуумного газойля и хлопкового масла” // Kimya problemləri // 2018, №1 С.119-124.
  48. G.S.Mukhtarova, A.B.Hasanova, H.C.İbrahimov, V.M.Abbasov “İnvestigation the hydrocraking process of mazut in the presence of suspented aluminosilicate catalyst” Electronic Processes in organik and inorganik materials.(İCEPOM-11) // 2018, may 21-25, İvano-Frankivsk, Ukraine.P.181
  49. V.M.Abbasov, S.E.Abdullayev, E.Ş. Abdullayev, S.B.Loğmanova, F.İ.Səmədova, R.Z,Həsənova, N.F.Qafa­rova “Bakı neftlərindən baza əsaslı motor yağlarının alınması // Azərbaycan Neft Təsərrüfatı // 2018, №5, S.47.
  50. V.Abbasov, H.Ibrahimov, G.Mukhtarova, A.Hasanova, A.Alizade: “Infulunce of temperature to the hydrocracking process of mazout in the presence of a modificated halloysite “ // 7th Rostocker International Conference: “Thermophysical Properties for Technical Thermodynamics” 2018, 26-27 July, Rostock, GERMANY, P.20
  51. L.M.Efendiyeva, V.M.Abbasov, L.I.Aliyeva, L.G.Nu­riyev “Syn­thesis and study etylene glycol esters of  synthetic petroleum acids as diesel fuel additives” // Chemistry and Technology of Fuels and Oils //, 2018, Vol.54, №1, P.51-56.
  52. V.M.Abbasov, A.H.Batıyeva, S.A.Hüseynova “Kimya (ümumi təhsil müəssisələrinin 7-ci sinif üçün vəsait)” // “Abuturiyent jurnalının” xüsusi buraxılışı // , 2018, 148S.
  53. L.Afandiyeva, V.Abbasov, L.Aliyeva, S.Ahmadbayova, E.Azizbeyli “Investigation of organic complexes of imidazolines based on synthetic oxy-and petroleum acids as corrosion inhibitors” // Iranian Journal of Chemistry and Chemical Engineering Vol.37, №3, 2018, P.73-79
  54. G.S Muktarova, A.B Hasanova, S.F Ahmedbeyova, A.D Guliyev, H.C Ibrahimov, V.M Abbasov “Research into physical-chemical features of halloysites by transition metals used in the process of mazut hydrocracking”. Kimya Problemləri , 2018, TOM 16 (4), P.537-543
  55. Y. Agazada, V. Abbasov, S. Abdullayev, Y. Hasanov, U. Yol­chuyeva “ Characterisation of conservative liquids based on liquid rubber, the salts of the natural petroleum acids and nitro compaunds – C14 H28” Romanian journal of chemistry, fevrier,2019, tome 64, №2, p.125-132
  56. N.Sh.Rzayeva, E.H.Ismailov, V.M.Abbasov, S.A.Suleymanova, L.I.Nasibova, A.A.Mahizadeh “Colloid-structural properties of compositions on the basic of amines of aliphatic seris and fatty acid” // Process of petrochemistry and oil refining Vol.20, No.1, 2019, P.41-52
  57. V.M.Abbasov, T.A.Mammadova, S.A.Mammadkhanova, A.E.Abasov, T.S.Latifova “Emulsified, ethanol based diesel fuel properties and exhaust emuission level overview” // АНХ 2019, №5, Р.46-49.
  58. V.M. Abbasov, R.Ə. Cəfərova,L.M. Əfəndiyeva, N.Ş. Rzayeva, F.Ə. Əmirov, M.M. Abbasov,A.M. Tağıyeva, İ.H. Əyyubov “Tsikloalkanlar kimyası” Bakı, “Müəllim nəşriyyatı”, 2019, 385 s.(monoqrafiya)
  59. Aisha Hasanova, Arzu Alizade, Rana Ahmadova, Gulbaniz Mukhtarova, Vagif Abbasov “Hydrocracking process of fuel oil using halloysite modified by different methods” Applied Petrochemical Research, №3 (Том 9), 2019, 199-209.
  60. V.M. Abbasov, S.E. Abdullaev, R.Z Hasanova, S.B Loghmanova, S. A Alizade «Application of adsorption method for obtaining motor oils from Balakhany petroleum oil» Азербайджанское нефтяное хозяйство №10  P. 39-42
  61. V.M.Abbasov, L.I.Aliyeva, L.M.Afandiyeva, H.J.Ibrahimov, G.Y.Rustamli «Aerobic oxidation of napthene-paraffinic hydrocarbons of petroleum in the presence of γ-Al2O3 modified be transition metals» \\ Process of Petrochemistry and oil refining  №1, 2020, P.80-89.
  62. V.M. Abbasov, F.Ə Nəsirov, L. M. Əfəndiyeva, N.Ş. Rzayeva “Oksigenli və üzvi birləşmələrin kimyası MONOQRAFİYASl  Müəllim nəşriyyatı, Bakı , 2020, 25 
  63. V.M.Abbasov, Z.H.Asadov, I.A.Zarbaliyeva, A.Z.Abilova “General chemisrty”, Bakı, “Müəllim” nəşriyyatı, 2020, 200 səh. (dərslik)
  64. Aghazada Y.J. , Abbasov V.M.,  Mursalov N.I. , Abdullayev S.E. “Investigation of the inhibitory-bactericidal effect of amidoamine-based inorganic complexes against microbiological and atmospheric corrosion” Polish Journal of Chemical, V.22, №3, p.29-37
  65. Abbasov V.M., Mammadova T.A., Abbasov A.R. “Diesel- alcohol-surface-active subctance blends and theirs use in diesel engines International conference on actual problems of chemical engineering”, APCE-2020, Baku (Azerbaijan), December 24-25, 2020, P.106-109.
  66. V.M.Abbasov, H.J.Ibrahimov, G.S.Mukhtarova, N.R.Veysalova, B.M.Aliyev “Study of regime parameters effect on goudron hydrocracking in the presence of halloysite modified by transition metals” Processes of Petrochemistry and oil refining, v.22, №1, 2021, pp. 3-12.
  67. Yusif Abdullayev, Vagif Abbasov, Fuzuli Nasirov, Nigar Rzayeva, Leyla Nasibova, Jochen Autschbach  “Computational mechanistic studies of the carbon-carbon double bond difunctionalization via epoxidation and subsequent aminolysis in vegetable oils” International Journal of Quantum Chemistry, T.121, №10, 2021, С.е.26609.

  68. Vagif M. Abbasov, Nigar Sh. Rzayeva,  Sharabany N. Ibrahimli “Amine complexes on the basis of nitrated corn oil as a component to the conservation liquids and as an inhibitor against Co2 corrosion” Processes of petrochemistry  and  oil-refining, 2021, V.22, №1, pp.144-151.
  69. V.M.Abbasov, S.E.Abdullayev, R.Z.Həsənova, S.B.Loğmanova, B.M.Əliyev, Y.H.Yusifov. Azərbaycanda sürtkü yağları sənayesinin inkişafı. // Azərbaycan neft təsərrüfatı, 2021, №4, s.38-42.
Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü:
  1. Altunin adına Beynəlxalq Eklogiya və Təbiətdən İstifadə Akademiyasının həqiqi üzvü
  2. 1988-ci ildən 1992-ci ilə qədər "ASSOKOR" assosiasiyasının rəyasət heyətinin üzvü.
  3. Təhsil Nazirliyi nəzdində məktəblilərin kimya olimpiadasını keçirən münsiflər heyyətinin sədri. (1992-2013)
  4. Neft və qaz bölməsi üzrə Rusiya Təbiət Elmləri Akademiyasısnın xarici üzvü seçilmiş və diplomla təltif edilmişdir (05.04.2013).
  5. Türk dünyası Tədqiqatları Elmlər Akademiyasının xarici üzvü seçilmişdir (may, 2013).
  6. Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü seçilmişdir (05.04.2013).
  7. 2013-cü ilin noyabrın 15-də Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilmiş və Avropa Təbiət Elmləri Akademiyasının Əsas qızıl Cəngavər ulduzu ilə təltif olunmuşdur.
  8. “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif olunmuşdur.
Elmi-təşkilatı fəaliyyəti:
  1. NKPİ-nin Elmi Şurasının sədri (2011-ci ilin noyabr ayından);
  2. NKPİ-nin nəzdində ED 1.16 Dissertasiya Şurasının sədri;
  3. AR İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvü (2005-2011-ci ilin mart ayı).
  4. "Neft kimyası və neft emalı prosesləri" jurnalının baş redaktorunun müavini. (2003-cü ildən).
  5. AMEA-nın "Elm dünyası" elmi-kütləvi jurnalının baş redaktorun müavini (2013-cü ildən).
  6. Neft kimyası və neft emalı prosesləri" jurnalının baş redaktoru (2016-cı ildən)
Təltif və mükafatlar:
  1. SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin gümüş medalı - 1987
  2. SSRİ-nın qabaqcıl ixtiraçısı döş nişanı - 1987
  3. SSRİ Neft-Kimya Sənaye nazirliyinin Fəxri Fərmanı - 1989
  4. Akad. Y.Y.Məmmədəliyev adına mükafat - 1996
  5. AMEA-nın Fəxri Fərmanı - 2000
  6. Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" döş nişanı - 2004
  7. "Azərbaycanın əməkdar müəllim"i fəxri adı - 2005
  8. "Şöhrət ordeni" - 2005
  9. İslam ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) "Elm və texnologiya" üzrə mükafatı - 2009
  10. NKPİ elm və təhsil sahəsində nailiyyətlərə görə Avropa Biznes Assambleyası (Oksford, İngiltərə) tərəfindən "Avropa Keyfiyyəti" mükafatına layiq görülmüşdür - 2009.
  11. "The Name in Science" (Elmdə Ad) fəxri adına layiq görülmüş AMEA-nın müxbir üzvü, k.e.d., professor V.M.Abbasov Dünya elminə verdiyi töhvələrə görə Beynəlxalq Sokrat Komitəsinin Şöhrət medalı ilə təltif edilmişdir - 2013 (İngiltərə).
  12. Dünya elminə verdiyi töhvələrə görə Beynəlxalq Sokrat Komitəsinin Şöhrət medalı ilə təltif edilmişdir - 2013 (İngiltərə)ı
  13. Uluslararası Altın Yıldız Madalyasına layiq görülmüşdür (Türkiyə, Ankara) -2013
  14. Təbiətşünaslıq elmləri üzrə Avropa Akademiyasının Kuratorluq və Elmi Şurasının qərarı ilə elmi tədqiqatlarda xüsusi xidmətlərinə görə Əsas qızıl Cəngavər ulduzu ilə təltif olunmuşdur – 2013
  15. Atatürk Uluslararası Ödülü – 2014-cü ildə.
  16. Avropa Elmi Cəmiyyətinin Elmi məsləhəti, Beynəlxalq Cəngavərlər Assosiasiyası və Avropa Təbiət Elmləri Akademiyası Rə­yasət Heyətinin qərarı ilə elm sahəsindəki fəaliyyətinə görə Avropanın Əməkdar Elm Xadimi adına layiq görülmüşdür -2014-ci il.
  17. Xudu Məmmədov adına Beynəlxalq mü­kafatın diplomuna layiq görülmüşdür 2014-cü il.
  18. Böyük naliyyətlərinə görə Rusiya Elm və İncə­sənət Akademiyası laureatının Qızıl me­dalı ilə təltif olunmuşdur ( diplom № 18. 19.02.2015) və “Kim kimdir?” Ümumdün­ya nəşrinin bibli­oqrafik sorğu kitabının lau­reatı seçilmişdir (diplom № 18. 20.02.2015).- 2015 ci il.
  19. Avropa Təbiət Elmləri Akademiyasının Əsas qızıl Cəngavər ulduzu ilə təltif olunmuşdur.
  20. “Elmin və təhsilin populyarlaşdırılmasında xüsusi xidmətlərinə görə” “Brend media” mükafatına layiq görülmüşdür-2019 cu il.
  21. “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” – 2019-cu il.
  22. “Azər­bay­can Döv­lət Neft və Sə­na­ye Uni­ver­si­te­ti­nin 100 il­li­yi (1920-2020) Azər­bay­can Res­pub­li­ka­sı­nın yu­bi­ley me­da­lı” ilə təl­tif olun­muş­dur – 2020-ci il­.
  23. Ka­zan Mil­li Təd­­qi­qat Tex­no­lo­ji Uni­ver­si­­te­ti­nin fəx­ri dok­to­ru  və Ufa Döv­lət Neft Tex­ni­ki Uni­ver­si­te­ti­nin fəx­ri pro­fes­­so­ru se­çil­miş­dir – 2022-ci il­.
  24. Türk dünyası elminə və təhsilinə böyük xidmətlərinə görə “Avropa Şərəf Ordeni” və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Beynəlxalq Mükafat Komitəsi tərəfindən “Türk Dünyasının Fəxri Elm Adamı” Beynəlxalq Mükafatı ilə təltif edilmişdir – 2022-ci il.
Pedaqoji fəaliyyəti:
  1. "Kimya məktəbdə" elmi-metodiki jurnalın həmtəsisçisi və baş redaktoru. (2003-cü ildən)
  2. Məktəblilərin kimya olimpiadasının respublika turunu keçirən münsiflər heyətinin sədri və Azərbaycanın beynəlxalq və dünya kimya olimpiadalarında iştirak edən komandalarının rəhbəri. (1992-ci ildən)
  3. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası nəzdində kimyadan Ekspert Şurasının və Seminarın sədri (2001-ci ildən 2013-cü ilin sentyabrına qədər)
  4. Təhsil Nazirliyinin Elmi Metodiki Şurasının "Kimya və kimya texnologiyası" bölməsinin sədri (2001-ci ildən)
  5. VIII-XI siniflər üzrə kimya dərsliklərinin birinci müəllifi
İş yeri və ünvanı: AMEA-nın akad. Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, Az1025, Azərbaycan Respublikası, Bakı ş., Xocalı prospekti, 30
Vəzifəsi: Neft Kimya Prosesləri İnstirurunun baş direktoru
Xidməti tel.: +994 (12) 4902476
Ev tel.: +994 (12) 
Mobil tel.: +994 (50) 3136240
Faks: +994 (12) 4903520
Elektron poçtu: