Əsas elmi istiqamətlər
İNSTİTUTUN FƏALİYYƏTİNİN ƏSAS ELMİ İSTİQAMƏTLƏRİ
- Azərbaycan neftlərinin tədqiqi, onların yeni yanacaqlar və yağların alınması məqsədi ilə səmərəli emalının elmi əsaslarının işlənib hazırlanması
- Neft-qaz emalı və neft kimyası üçün yeni texnologiyalar və katalizatorların yaradılması
- Neft kimya sintezi, kataliz, üzvi və fiziki kimya, YMB kimyası sahəsində fundamental tədqiqatların aparılması
- Polifunksional korroziya inhibitorları və müxtəlif kimyəvi reagentlərin yaradılması.
- Azərbaycanın neft emalı və neft kimyası komplekslərinin inkişafı üzrə perspektiv kompleks sxemlərin işlənib hazırlanması
- Alternativ enerji mənbəyi – bioyanacağın alınma texnologiyası
- Nanomateriallar və nanotexnologiyalar
- “İstilik effekti” yaradan qaz tullantılarından istifadənin metod və texnologiyalarının işlənib hazırlanması
- Neft kimyası və neft emalının ekoloji problemləri
- Neft kimya sənayesi üçün alternativ xammal mənbələri yaradılması sahəsində tədqiqatlar
- Neft və yağ fraksiyalarının təmizlənməsi proseslərində ifratkritik flüidlərin istifadəsi
- Neft kimya prosesləri üçün ion-maye texnologiyalarının və katalizatorlarının işlənib hazırlanması
İNSTİTUTUN YENİ ELMİ İSTİQAMƏTLƏRİ
- Perspektiv və alternativ yanacaq və yanacaq komponentlərinin alınması, o cümlədən bioloji xammal əsasında
- Dərin heterogen-katalitik hidrogenləşmənin yeni prosesləri
- İfratkritik ekstraksiya üsulu ilə neftin və onun ağır qalıqlarının asfalten-qatran birləşmələrindən və mikroelementlərdən təmizlənməsi
- Neft kimyası və neft emalı prosesləri üçün ekoloji təmiz ion-maye texnologiyaları
- Hidrogen xammalının alınmasının alternativ texnologiyalarının işlənməs
- Yeni funksional monomerlər, makromonomerlər və oliqomerlər
- Alkilləşmə, oliqomerləşmə, oksidləşmə və s. proseslərdə olefin mənşəli xammalın alkan-larla əvəz olunması
- Karbohidrogenlərin müxtəlif oksigentərkibli törəmələrinə birpilləli selektiv katalitik oksidləşməsi
- Çoxtonnajlı monomerlərin alınması üçün yeni katalizatorlar və alternativ texnologiyala
- Neft emalı və neft kimyası prosesləri üçün nanotexnologiyadan və başqa proqressiv üsullardan istifadə etməklə, yeni yüksək effektli katalizatorların işlənib hazırlanması
- Bərpa olunan xammal mənbələri əsasında neft kimyası məhsullarının alınmasının ekoloji münasib üsul və texnologiyaları
- Alternativ karbontərkibli üzvi və qeyri-üzvi mənbələrdən istifadə etməklə karbohidrogen xammalının alınma texnologiyaları
- Fülleren və fülleren tərkibli sistemlərin oksidləşmə prosesləri üçün aktivator və inhibitor kimi istifadəsi
- Yeni effektiv polifunksional korroziya inhibitorlarının və onların əsasında kompozisiyaların alınması
- Neftçıxarmada və neft emalında tətbiq olunan yeni effektiv kimyəvi reagentlərin (korroziya və duzçökməyə qarşı polifunksional bakterisid-inhibitorlar, ərp əleyhinə vasitələr, deemulqatorlar və s.) yaradılması
- Yüksək effektivliyə malik konservasiya mayelərinin və sürtkü materiallarının yaradılması.
- Neft emalı və neft kimyası proseslərinə nanotexnologiyaların, nanomaterialların və nanokatalizin tətbiqi
- Yaxşılaşdırılmış istismar xarakteristikalarına malik yeni sinif estetik yağlar
- Oliqomer və polimer məhsullarının selektiv istehsalı üçün yeni yüksək effektli katalizatorlar və proseslər
- Neft kimyası məhsulları əsasında selektiv assimmetrik sintezin yeni üsulları və prosesləri
- Funksional əvəzolunmuş vinil monomerlərinin nəzarət olunan radikal polimerləşməsi
- Butadienin qazfazalı polimerləşməsi və onun üçün katalizatorlar
- Nanokarbonun və nanometalpolimer kompozitlərinin yeni hazırlanma üsulları
- Ağır neft qalıqlarının emalı üçün yeni yüksəkdispersli katalizatorlar
YENİ ELMİ İSTİQAMƏTLƏRİN ƏSASI OLAN FUNDAMENTAL İŞLƏR VƏ TƏDQIQATLAR
- Alkilləşmə prosesinin və katalizatorun “qaynar” layı texnologiyasının tətbiqi ilə təbii qazın neft kimya sintezinə cəlb edilməsi üzrə akademik Y.H.Məmmədəliyevin fundamental tədqiqatları.
- Katalizatorun “qaynar” layında etilenin xlorlaşdırılması ilə vinilxloridin alınma texnologiya-sının elmi əsaslarının işlənib hazırlanması.
- Kiçikdispersli katalizatorların istifadəsi ilə heterogen kontakt-katalitik proseslərin və müxtəlif texnoloji sistemlərin effektivliyinin qiymətləndirilməsinin nəzəri əsasları.
- Oksigenin seksiyalarla verilmə reaktorlarında olefinlərin və C4-C5 parafinlərin müvafiq dien karbohidrogenlərinə oksidləşdirici dehidrogenləşdirilməsi.
- Aromatik karbohidrogenlərin oksidləşdirici ammonolizinin elmi əsasları və texnologiyası.
- Azərbaycanın unikal neftlərinin tədqiqi və emal texnologiyalarının işlənib hazırlanması.
- Azərbaycan neftlərinin fiziki-kimyəvi göstəricilərinə dair informasiya bazasının yaradılması və yanacaqların, yağların neftin ikinci dərəcəli emal prosesləri üçün xammalların alınması məqsədilə neft emalının elmi əsaslarının işlənib hazırlanması.
- Hərbi texnikanın tələblərinə cavab verən sintetik efir əsaslı sürtkü yağlarının yeni növlərinin elmi əsaslarının işlənməsi.
- Bir sıra məhsulların kiçik tonnajlı məhsulların (neft hasili üçün reagentlərin, yeni ətirli maddələrin, sterik mürəkkəbləşdirilmiş fenolların, optiki və səthi-aktiv maddələrin, yağlar üçün aşqarların, polimer materiallara və yanacaqlara əlavələrin, konservasiya mayelərinin, deemulqatorların və.s.) hazırlanma üsulları və onların elmi əsasları:
- Yeni reaksiya qabiliyyətli oliqomerlər, neft-polimer qatranları, yeni modifikasiya edilmiş fenolformaldehid qatranları və onların əsasında yaradılmış kompozisiyalar, xətti və tsiklik oliqomerlər və dien birgə oliqomerləri.
- Açıq rəngli neft məhsullarının izopropil spirtində karbamid məhlulu vasitəsilə deparafinləş-dirilməsi prosesinin texnologiyası və onun elmi əsasları.
- Aşağı temperaturlu destruktiv çevrilmələrin, zənginləşdirmənin, həmçinin neft karbohidro-genlərinin katalitik krekinq prosesinin neft kimya variantının elmi əsasları.
- Anomal yüksək miqdarlarda H2S və CO2 saxlayan mühitlər üçün polifunksional korroziya inhibitorlarının hazırlanması və sintezinin elmi əsasları.
- Neft yağlarındakı aromatik karbohidrogenlərin etilen və onun oliqomerləri ilə katalitik modifikasiyasının elmi əsasları.
- Metalkompleks və metalüzvi kataliz prosesləri üçün keçid metalların yeni komplekslərinin, o cümlədən, yekun məhsulların stabilləşdirməsi ilə dien karbohidrogenlərinin polimerləşdirilməsi üçün unikal bifunksional stabilizator-katalizatorların işlənib hazırlanması.
- Metallinium-ion mexanizmləri, oliqomerləşmə və polimerləşmə proseslərinin polifunksional metalkompleks katalizi.
- Neft lüminoforları və günəş enerjisi akkumulyatorları.
- Parafin və yağların alınması üçün bir həlledicinin iştirakı ilə distillə yağ fraksiyalarının selektiv təmizlənməsi, və deparafinləşdirmə proseslərinin birgə texnologiyası və onun elmi əsasları.
- CO2-nin kritik parametrlərdə istifadəsilə neftlərin və neft qalıqlarının deasfaltlaşdırılması və demetallaşdırmasının yeni ekspress-metodu və prosesin texnologiyasının elmi əsasları.
- Metanın dehidrogenləşdirilməsi, izomerləşdirilməsi, tsikloheksamerləşdirilməsi prosesləri, benzolun propanla alkilləşdirilməsi, karbohidrogenlərin və onların oksigentərkibli törəmələri-nin fotokimyəvi aktivləşdirilməsi prosesləri üçün yeni polifunksional katalizatorlar.
- Oksidləşdirici kimi CO2-dən istifadə etməklə karbohidrogenlərin yeni katalitik çevrilmə prosesləri.
- Aşağı temperatur və təzyiqdə parofaz metodu ilə həyata keçirilən karbohidrogenlərin hidrokrekinq prosesi üçün metallar ilə (Re, Ni, İr və s.) modifikasiya olunmuş Al2O3 əsaslı bifunksional katalizator.
- Neft karbohidrogenləri bazasında sintetik naften turşularının alınmasının elmi əsasları.
- Etilenin dar α-olefin fraksiyalarına, sintetik oliqoalkilbenzol yağlarına selektiv oliqomerləşdi-rilməsi və vinilaromatik monomerlərin aşağımolekullu olefinlərlə sodimerləşməsi katalizator-ları, onların modifikatorları və elmi əsasları.
- CO2 atmosferində suspenziyalaşdırılmış katalizator üzərində mazutun emalı ilə açıq rəngli neft məhsullarının alınmasının yeni texnologiyası.
- Azərbaycanın neft emal və neft kimya sənayelərinin perspektiv inkişaflarının konsepsiyası.
- Divinil, izopren, vinilxlorid, tsikloalkilakrilatlar, tsiklopentadien, tsiklopenten, norbornen və s. kimi bir sıra monomerlərin, nef tkimya xammalı bazasında polifunksional makromonomerlərin alınmasının yeni texnologiyalarının elmi əsasları.
- Funksional əvəzedilmiş fenolların efirlərinin, yağlı-aromatik spirtlərin və qlikolların yönəldilmiş sintezi və onların əsasında, bitkiləri və heyvanları zərərvericilərdən və xəstəliklərdən qoruyan, çox təyinatlı yeni effektiv və ekoloji təhlükəsiz bioloji aktiv preparatların yaradılması texnologiyaları və onların elmi əsasları.
- Pirolizin maye məhsullarının effektiv kompleks emal sxemlərinin müxtəlif variantlarının (termiki, inisiator və alüminium tərkibli kompleks katalizatorun iştirakı ilə) elmi əsasları.
- Vinilaromatik karbohidrogenlərin selektiv hidrovinilləşdirilməsi üçün katalizatorlar və prosesin elmi əsasları.
- Oliqomerləşdirmə və polimerləşdirmə proseslərinin ion-maye katalizi və neft fraksiyalarının ion-maye təmizlənməsi sahəsində tədqiqatların aparılması.
- Yeni nefti sıxışdırıb çıxaran, nefti toplayan və nefti dispersləşdirən reagentlərin sintez və tətbiqinin elmi əsasları.
- Suyun termokatalitik parçalanması və onun CO2-ilə birgə karbohidrogenlərə və onların törəmələrinə çevrilməsi katalizatorlarının və onların elmi əsaslarının işlənib hazırlanması.
- Fullerenin, fulleren nanoboruların və onların funksionallaşdırılmış törəmələrinin karbohidrogenlərin oksidləşdirilməsində və inhibitorlaşdırılmasında istifadə edilməsi.
- Neft kimya proseslərinin katalizində cütləşdirilmiş oksidləşdirici-reduksiya, turşu-əsas və metalüzvi mexanizmlər haqqında yeni təsəvvürlərin yaradılması.
- CO2-nin üzvi birləşmələrə cəlb edilməsi üçün katalizatorların yaradılması, xüsusilə alkil- və polialkilkarbonatların alınması və polialkilkarboksilatların sintezi üçün iniferter-katalizatorların alınması.
- Dien karbohidrogenlərinin polimerləşdirilməsini yalnız kütlədə və həlledici mühitində deyil, həm də qaz fazasında aparılmasına imkan verən yeni heterogenləşdirilmiş katalitik sistemlər.
- Katalitik krekinq qazlarından benzinlər üçün yüksəkoktanlı komponentlərin alınmasının elmi əsasları.
Ətraflı
Son Xəbərlər
AMEA-da 27 Mart – Elm Günü təntənəli şəkildə qeyd olunub
Martın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının Əsas binasının Dairəvi zalında Elm Günü münasibətilə “Elm Günü və Günün
2024-03-27
Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarının yeni kitabı çap olunub
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları – kimya elmləri
2024-03-22
Xankəndi, 18 mart, 2024-03-19