NKPI

Maraqlı Məlumatlar

TİBET TƏBABƏTİ - Cavanlaşmanın qədim Tibet resepti.

Bu resept üzrə hazırlanan vasitə orqanizmi piylərdən, əhəng çöküntüsündən təmizləyir, ümumi maddələr mübadiləsini yaxşılaşdırır, nəticədə orqanizmin bütün damarları elastik olur, infarktın, sklerozun, iflicin və şişlərin əmələ gəlməsinin qarşısı alınır, insanın başında səs-küy yox olur, görmə bərpa olunur.

Dəqiq və düşünülmüş müalicə aparıldıqda orqanizm cavanlaşır.

Resept üzrə vasitənin hazırlanma qaydası aşağıdakı kimidir:

350 qram sarımsaq təmiz-təmiz yuyulur v təmizlənir, xırda-xırda doğranır, sonra qabda taxta qaşıq ilə əzilir. Şirə çox olan aşağı hissədən 200 qram bu kütlədən götürülür və gil qaba keçirilir və üzərinə 200 qram 96%-li spirt əlavə olunur. Qab kip bağlanır və qaranlıq sərin yerdə 10 gün saxlanırlır. Bundan sonra sıx parçadan süzülür və parçadakı qalıq sıxılır.

Üç gün sonra müalicə başlanır. Bu kütləni süd ilə (50 qram) ciddi olaraq aşağıdakı sxem üzrə içmək lazımdır.

 

Səhər

Nahar

Şam yeməyi

 1-ci gün

  2-ci gün

  3-cü gün

  4-cü gün

  5-ci gün

  6-cı gün

  7-ci gün

  8-ci gün

  9-cu gün

  10-cu gün

  1 damcı

  4 damcı

  7 damcı

  10 damcı

  13 damcı

  15 damcı

  12 damcı

  9 damcı

  6 damcı

  3 damcı

  2 damcı

  5 damcı

  8 damcı

  11 damcı

  14 damcı

  14 damcı

  11 damcı

  8 damcı

  5 damcı

  2 damcı

  3 damcı

  6 damcı

  9 damcı

  12 damcı

  15 damcı

  13 damcı

  10 damcı

  7 damcı

  4 damcı

  1 damcı

 

         Sonra gündə 3 dəfə, hər dəfə 25 damcı olmaqla istifadə olunur. Müalicə hazırlanmış vasitə tam bitənə qədər (təxminən 4-5 ay) istifadə olunmalıdır.

         Müalicə kursunun hər beş ildən bir təkrar olunması məsləhətdir.

       Bu resept 1971-ci ildə BMT-nin ekspedisiyası tərəfindən tibet monastırında tapılmışdır.

2015-08-25   6208