NKPI

Maraqlı Məlumatlar

“Mən XXI əsrdə Y.Məmmədəliyevin davamçısı olmaq istəyirəm” müsabiqəsi (X sinif)

(III mərhələ)

1) Tərkibində 1,02 qram sulfid turşusunun duzu olan məhlula, tərkibində 2,7 qram ikivalentli metalın duzu olan məhlul əlavə etdikdə 1,92 qram çöküntü ayrılır. Əgər maddələr tamamilə reaksiyaya daxil olursa, onda hansı duzlar götürüldüyünü müəyyən edin.

2) Azot (II) və (IV) oksidlər qarışığının 5,6 litrini (n.ş.) 2 l oksigenlə (n.ş.) qarışdırırlar, sonra qazları tərkibində 30 qr KOH olan məhluldan keçirirlər. Məhluldan keçən qazın analizi (0,5 l n.ş.-də) göstərir ki, bu oksigendir. Başlanğıc qaz qarışığının həcm payını (%-lə) və məhluldakı həll olan maddələrin kütlə payını (%-lə) hesablayın (son məhlulun kütləsi 1 kq-dır).

3) Natrium və kalium karbonatları qarışığının 4 qramını sulfat turşusu ilə işləyirlər. Bu zaman metalların sulfatları qarışığından 5,12 qr alınır. Başlanğıc qarışıqdakı maddələrin kütlə payını (%-lə) hesablayın.

M(K2CO3)=138 q/mol; M(K2SO4)=174 q/mol; M(Na2CO3)=106 q/mol; M(Na2SO4)=142 q/mol.

4) Benzol sırası olan C9H8 birləşmə bromlu suyu rəngsizləşdirir, Kuçerov reaksiyasına daxil olur, natrium amid ilə əvəzetmə reaksiyasına daxil olursa, birləşmənin quruluşunu yazın və adlandırın.

5) 1,06 qram maye halındakı X üzvi maddəsi yanarkən 0,90 qr su və 3,52 qr karbondioksid alınır (hansı ki, kokslaşması zamanı kömür ayrılır). Bu maddənin buxarlarının sıxlığı azotun sıxlığından 3,79 dəfə çoxdur. X maddəsinin qaynar CrO3 və H2SO4 qarışığı ilə oksidləşməsi zamanı kristallik A maddəsi əmələ gəlir, hansı ki, bu maddə NaOH və NaHCO3-ün suda məhlulunda həll olur. A maddəsini qızdırdıqda su ayıraraq B maddəsinə çevrilir.

2019-09-26   35448