NKPI

Maraqlı Məlumatlar

Kimyadan 08-ci DƏRS - Üzvi maddələrin təsnifatı

"ÜZVİ MADDƏLƏRİN TƏSNİFATI" MÖVZUSUNUN TƏDRİSİ ÜZRƏ METODİKİ TƏKLİF

Dərsin məqsədi.

          - Şagirdlərdə üzvi maddələrin təsnifatı haqqında təsəvvür yaratmaq.

          - Quruluş formuluna əsasən üzvi maddənin sinifini təyin etmək və müxtəlif sinif üzvi maddələri adlandırmaq bacarıqlarını formalaşdırmaq.

Dərsin mahiyyəti.

          Biliklərin aktuallaşdırılması.

          Dərsi ev tapşırığının müzakirəsi ilə başlayaq. Baxaq ki, şagirdlər C4H8O tərkibli izomerlər üçün hansı formulları təklif etmişlər.

          Şagirdlər çoxlu sayda müxtəlif izomerlər təklif edə bilər ki, onların arasında aşağıdakılar da ola bilər:

          Şagirdlərin izomerlərin formullarını tərtib etmək cəhdlərini bəyənib iki maddənin formullarına (2 və 4-cü) diqqəti yönəldək.

          Bu maddələrin aldehidlər və ketonlar sinifinə aid olduğunu müəyyən edirik. Şagirdlərə göstəririk ki, belə maddələrin adlarını necə tərtib etmək olar.

          Aldehid və ketonların adlarının yaradılması üsullarını göstərərək mütləq olaraq şaxələnməmiş quruluşlu alkanların adlarını təkrar edirik.

          Beləliklə şagirdlər kifayət qədər məlumatlar toplayırlar və topladıqları məlumatlara əsaslanaraq üzvi maddələrin təsnifatına başlaya bilərlər. Bu mövzunu öyrənərkən onlar yeni siniflərlə tanış olacaqlar. Yeni mövzunun təqdimatının deklarativ olmaması vacibdir.

Yeni materialın təqdimat planı.

          1. Karbohidrogenlərin təsnifatı.

          2. Oksigenli üzvi birləşmələrin təsnifatı.

          3. Azotlu üzvi birləşmələrin təsnifatı (yaxşı mənimsəmə olan siniflərdə).

Dərsin gedişi.

          Üzvi maddələri karbohidrogenlərə, oksigenli və azotlu birləşmələrə ayırmaq olar. Qeyd edək ki, qeyd olunan qruplara aid olmayan siniflər də mövcuddur, məsələn, silisiumlu üzvi birləşmələr, tiospirtlər və s.

          Amma məktəb kimya kursunda öyrənilən maddələr verilən üç qrupdan birinə aid olur.

          Yeni materialın təqdimatına karbohidrogenlərin təsnifatı ilə başlayaq. Şagirdlərin əvvəlki dərsdə aldıqları biliklərə əsaslanaraq onlara sual ilə müraciət edək ki, onlar artıq hansı sinif karbohidrohenlərlə tanışdırlar. Şagirdlər alkanları, tsikloalkanları və alkenləri xatırlayırlar. Bu siniflərin hər birinin xüsusiyyətlərini müəyyən edək. Qeydləri dəftərə yazmaq olar və ya şagirdlərə təsnifat sxemi olan illüstrativ material paylamaq olar. Hökmən hər bir maddələr sinifindən misallar gətiririk  verilən sinif maddələrin adlarının tərtib olunması prinsiplərini göstəririk.

          Qeyd: Öyrətmənin bu mərhələsində aromatik karbohidrogenlərin xassələrinin araşdırılması lazım deyil. Sadəcə onların mövcudluğunu göstərmək və bu xassələrə sonralar baxılacağını qeyd etmək  kifayətdir. Misal olaraq benzolun formulunu təsvir etmək (Kekule formulu) və izah etmək olar ki, altıbucaqlının hər bir küncündə bir karbon atomu nəzərdə tutulur ki, onların da hər biri bir hidrogen atomu ilə birləşmiş olur. Benzolun C6H6 molekul formulunu alırıq.

          Oksigenli üzvi birləşmələrin təsnifatlna keçərkən şagirdlər "funksional qrup" anlayışını xatırlamalı və onlara məlum olan funksional qrupları adlandırmalıdırlar.

          Üç ən əhəmiyyətli funksional qrupa daha ətraflı baxırıq.

          Bir mühüm məqama diqqət yetirək. Belə görünür ki, karboksil qrupu karbonil və hidroksil qrupundan ibarətdir, amma əslində o sərbəst qrup olub öz xarakterik xassələrinə malikdir. Təsnifat sxemini tərtib edirik.

Qeyd. Oksigenli birləşmələr arasında fenol maddəsinə baxmaq lazımdırmı?

Fikirləşirik ki, öyrətmənin bu mərhələsində bunu etmək məcburi deyil.  Dərsi yaxşı mənimsəyən siniflərdə fenollar sinifini də siyahıya daxil etmək olar. Sadə və mürəkkəb efirlər necə olsun? Axı əvvəlki iki dərsdə sadə efirlərə misallar göstərmişik. Odur ki, siyahıya bu maddələr də daxil edilə bilər. Yada salaq ki, sadə efirlər oksigen atomu karbohidrogen radikalları ilə birləşdikdə əmələ gəlir, məsələn:

Əgər karbon turşusunda karboksil qrupundakı hidrogen atomu karbohidrogen radikalı ilə əvəz olunarsa, onda mürəkkəb efir əmələ gələr:

Təcrübə göstərir ki, üzvi maddələr, siniflərinə baxışı davam etdirmək və bu zaman azotlu maddələri də əhatə etmək üçün vaxt çatmır, şagirdlərin diqqəti isə artıq kifayət qədər yorulmuş olur. Odur ki, rasional addım alınan bilikləri çalışmalarla möhkəmlətməkdir. Üzvi maddələrin formulları təsvir olunmuş slaydlara malik təqdimatdan istifadə etmək olar: şagirdlər müəyyən edirlər ki, bu maddələr hansı siniflərə aiddir.

SADƏ EFİRLƏR

          Sadə efir molekulunda oksigen atomu iki eyni və ya müxtəlif karbohidrogen radikalları ilə birləşir:

 

MÜRƏKKƏB  EFİRLƏR

          Karbon turşusunun karboksil qrupundakı hidrogen atomu karbohidrogen radikalı ilə əvəz olunmuşdur.

          Dərsin təklif olunan sxemi model kimi istifadə oluna bilər. Hər bir müəllim öz dərsinə yaradıcı yanaşa bilər və başqa dərs sxemi təklif edə bilər. Amma nəzərə alın ki, sizə təklif olunan dərs variantı böyük metodist təcrübəsi olan A.M.Lyovkin tərəfindən verilmişdir. 

2015-10-02   41532