NKPI

Maraqlı Məlumatlar

ÜMUMDÜNYA TARİXİ –Klassik dünya (V məlumat)

Bizim eradan əvvəl 700-cü il - bizim eranın 600-cü ili

 

Bizim eradan əvvəl 323-cü il.

Böyük İskəndərin vəfatı.

Bizim eradan əvvəl 321-ci il.

Çanduraqupta Maurya Hindistanda Manrevlər imperiyasını yaradır.

Bizim eradan əvvəl təxminən 300-cü il.

Şimali Amerikanın şimal-şərqində xoupvel mədəniyyəti inkişaf edir.

Avropada ilk kelt dövlətləri yaranır. Makedoniyalı İskəndərin imperiyası Selevkidlər, Antinoqidlər və Ptolomeylər arasında bölünür.

Bizim eradan əvvəl təxminən 290-cı il.

Evklid öz “Başlanğıc”ını yaradır və burada həndəsənin prinsiplərini ifadə edir.

Bizim eradan əvvəl təxminən 286-cı il.

Çində Sin sülaləsinin ekspansiyası.

Bizim eradan əvvəl 272-ci il.

Tarent-İtaliyada iri yunan şəhəri Romaya təslim olur.

Bizim eradan əvvəl təxminən 268-ci il.

Hökmdar Aşoka Hindistanda imperiya işğallarını başlayır.

Bizim eradan əvvəl 264-241-ci illər.

Roma və Karfagen arasında I Punik müharibəsi alovlanır.

Bizim eradan əvvəl 262-ci il.

Hind imperatoru Aşoka aktiv olaraq buddizmi yayır.

Bizim eradan əvvəl 250-ci il.

Bütün Apennin yarımadası Romanın hakimiyyəti altındadır.

Bizim eradan əvvəl təxminən 247-ci il.

Şri-Lanka adasında Tiss hökmdarı buddizmi qəbul edir.

Bizim eradan əvvəl 236-cı il.

Karfagenlilər Preney yarımadasının (ispaniya) bir hissəsini ələ keçirir.

Bizim erada əvvəl 221-ci il

Sin sülaləsinin birinci imperatoru Sin Şi-xuandi Çini birləşdirir.

 

Mənbə: Всемирная история. М. АСТ: Астрель, 2011, 512с.

2016-05-26   36866