NKPI

Maraqlı Məlumatlar

ÇARƏSİZ QALARSIZ

At üstündə gedəndə mənəm-mənəm deməyin,
Yanınızda yeriyən piyadaya gülməyin,
Mövqelər dəyişə bilər, siz buna hazır gəlin,
Yoxsa peşman olarsız və çarəsiz qalarsız.
***
Kasıb olan insana rişxənd edib gülməyin,
Varlı olan zamanda özünüzü öyməyin,
Sabahkı çətin günə hazırlıqsız gəlməyin,
Yoxsa peşman olarsız və çarəsiz qalarsız.
***
Olanda ucalıqda sanmayın o daima,
Ucalıqla təmasda iki nərdivan qoşa,
Bilin ki, birində var istiqamət aşağıya,
Yoxsa peşman olarsız və çarəsiz qalarsız.
***
Olanda söz sahibi, təhqir yolun seçməyin,
Heç kəsi incidərək acı sözlər deməyin,
Söz sahibi olmayan zamana hazır gəlin,
Yoxsa peşman olarsız və çarəsiz qalarsız.
***
Ümid edib gücünə güvənib cavanlığa,
Qocanı çağırmayın güc istəyən yarışa,
Bilin, olacaqsınız siz də gücsüz bir qoca,
Yoxsa peşman olarsız və çarəsiz qalarsız.
***
Görsəniz çarəsizi, əlacsız bir insanı,
O an olsa insan köməyinizdən asılı,
Siz ona yardım edin, düşünərək sabahı,
Yoxsa peşman olarsız və çarəsiz qalarsız.
***
Yardım edin gənclərə, yol alsın ucalığa,
Bu gözəl yatırımdı sabahkı qocalığa,
Bacara bilməsəz, yol kəsməyin heç olmasa,
Yoxsa peşman olarsız və çarəsiz qalarsız.
***
Sevgi ilahi ənam, ona dəyər verin siz,
Həyat bir həyat deyil, yaşanarsa sevgisiz,
Zamanında sevərək zaman itirməyin siz,
Yoxsa peşman olarsız və çarəsiz qalarsız.
***
Dövlət xalqı ucaldan, xalqda qürur yaradan,
Dünyanın xoşbəxt xalqı xalqdır dövləti olan,
Dövləti qorusanız, olarsız qürurlanan,
Yoxsa peşman olarsız və çarəsiz qalarsız.
***
Olmalısız vətəndaş, ali vətən sevgili,
Bu sevgi çox müqəddəs, qoruyun bu sevgini,
Müqəddəs sevgi ilə ucaldın siz vətəni,
Yoxsa peşman olarsız və çarəsiz qalarsız.
***
Təbiət və insanlar birlikdə mövcud olan,
Təbiəti sevənlər müdrik və xoşbəxt olan,
Olun təbiət sevən, sevib onu qoruyan,
Yoxsa peşman olarsız və çarəsiz qalarsız.
***
Dünyanın tarazlığı əsasdır mövcudluğa,
Hər zaman kömək olun dünyada tarazlığa,
Siz də kömək edin ki, dağılmasın bu dünya.
Yoxsa peşman olarsız və çarəsiz qalarsız.

2019-10-07   32640