NKPI

Maraqlı Məlumatlar

1906-cı ildə kimya üzrə Nobel mükafatçısı - FERDİNAND FREDRİK ANRİ MUASSAN

 

Anri Muassan 1852-ci ilin sentyabrın 28-də Parisdə  anadan olmuşdur. 1886-cı ilin iyunun 26-da o, təmiz flüoru təcrid edə bilən ilk insan oldu. 1893-cü ildə Muassan Arizonda meteorit kraterində o vaxt məlum olmayan, öz xassələrinə görə almaza yaxın və möhkəmliyinə görə  ikinci təbii material olan materialı  kəşf etdi. Bu material onun şərəfinə muassanit adlandırıldı.

1906-cı ildə Anri Muassana "flüor elementinin alınması və laboratoriya və sənaye praktikasına daxil olmuş və onun adı ilə adlandırılan elektrik sobasının yaradılması sahəsində" böyük həcmdə tədqiqatlarına görə ona Nobel mükafatı verilmişdi.

Anri Muassan 1907-ci ilin fevralın 20-də Parisdə vəfat etmişdir.

2015-10-04   36505