NKPI

Maraqlı Məlumatlar

ÜMUMDÜNYA TARİXİ – Orta Əsrlər Dünyası (IV məlumat)

600-1450-ci illər

Təxminən 900-cü il.

Hindistanda məbədlərin tikilməsinin “qızıl dövrü”.

906-cı il.

Çinin Tan sülaləsinin süqutu. Macarıstan Velikomoravsk dövlətini (indiki Çexiyanın şərq torpaqları) talan edir və Qərbi Avropaya yürüşlər başlayır.

910-cu il.

Burqundində Klyunidə benediktin albatlığı yaradılır.

911-ci il.

Şimali Fransada vikinqlər Normandiya hersoqluğu yaradılır.

916-cı il.

Monqolustanda kidaneylər imperiyası yaradılır.

935-ci il.

Koreyada Koryo dövləti yaradılır.

936-cı il.

Abbasidlər sülaləsinin xəlifləri öz türk dəstələri (mamlyuklar) üzərində hakimiyyəti itirirlər.

938-ci il.

Vyetnamın Day Vet krallığı çin hakimiyyətindən azad olur.

947-ci il.

Köçəri kidaney tayfaları Şimali Çinə daxil olur və Lyo sülaləsinin hakimiyyətini yaradır.

955-ci il.

Lekfeldə yaxınlığındakı döyüşdə alman kralı I Otton madyar ordusunu dağıdır və macarların qərbə hərəkətini dayandırır.

960-cı il.

Çinin Sun sülaləsinin hakimiyyətinin başlanması.

962-ci il.

I Ottonu Böyük Romada german imperatoru kimi taxta oturdurlar.

966-cı il.

I Meşko polşa dövlətini yaradır.

969-cu il.

Tunisdən olan fatimidlər ordusu Misirə qədər olan ərazini ələ keçirir və paytaxtı Qahirəyə köçürür.

 

Mənbə: Всемирная история. М. АСТ: Астрель, 2011, 512с.

2016-06-06   36499