NKPI

Maraqlı Məlumatlar

ÜMUMDÜNYA TARİXİ – İmperiyalar Epoxası (I məlumat)

1750-1914-cü illər.

Amerika və Fransada inqilablar o vaxt Qərbi Avropada hökm sürən siyasi gözləntiləri kökündən dəyişdi. Siyasi azadlıqlar istəyi XIX əsrdə də əks-səda ilə səsləndi və bu, Avropanın qlobal hakimiyyətə görünməmiş cəhdi fonunda baş verdi. Bununla belə artıq mövcud olan imperiyaların güclü ekspansiyası qeyd edildi.

1750-ci il.

Madrid müqaviləsi Braziliya və Cənubi Amerikada ispan müstəmləkələri arasında sərhədləri müəyyən edir.

1751-ci il.

Deni Didro öz “Ensiklopediya”sının birinci tomunu nəşr etdirir.

1755-ci il.

Tarixdə ən öldürücü zəlzələlərdən biri olan Lissabon zəlzələsi 60 min-dən 100 min nəfərə qədər insan həyatına son qoydu.

1756-cı il.

Bir tərəfdən Avstriya, Fransa, Rusiya və digər tərəfdən Prussiya və Böyük Britaniya arasında Yeddiillik müharibə başlayır.

1757-ci il.

Plessi yaxınlığında döyüşdə qalib gələn Britaniya Ost-İnd şirkəti Benqalı ələ keçirir, Prussiya Leyten yaxınlığında döyüşdə qalib gəlir və Sileziyanı nəzarət altına alır.

1758-ci il.

Dyuken qalasını aldıqdan sonra İngiltərə bütün Seneqalı da fransızlardan geri alır. Sorndorf yaxınlığında prussiya ordusu qalib gəlir və rus ordusu geri çəkilir.

1759-cu il.

İngilis-prussiya ordusu Şimali Almaniyada Minden yaxınlığında fransızlara qalib gəlir. İngiltərə Kvebek yaxınlığında qalib gəlir və Fransa Kanadanı itirir.

1760-cı il.

Cənubi Afrikada holland burlarının ilk məskunlaşması. İlk britaniya gəmiləri üçün Bricuoter kanalı çəkilməyə başladı.

Təxminən 1760-cı il.

Maarifçilik epoxasının çiçəklənməsi.

 

Mənbə: Флипп Паркер. Всемирная история. М: АСТ: Астрель, 2011, 512с.

2016-06-11   36579