NKPI

Maraqlı Məlumatlar

ÜMUMDÜNYA TARİXİ – İmperiyalar Epoxası (VI məlumat)

1750-1914-cü illər

1846-cı il.

Yaponiya ABŞ-ın limanları xarici ticarət üçün açma tələbindən imtina edir. Amerika-Meksika müharibəsi başlayır (1848-ci ilə qədər): Meksika məğlubiyyətə uğrayır, ABŞ Kaliforniyanı alır.

1848-ci il.

Kaliforniyada aşkar olunan qızıl “qızıl xəstəliyi” yaradır. Karl Marks və Fridrix Engels “Kommunist partiyasının Manifesti”ni çap etdirir.

1851-ci il.

Çində taypinlərin qiyamı başlayır. Qiyamçılar şimala doğru irəliləyir. Londonda Ümumdünya sərgisi açılır.

1852-ci il.

Böyük Britaniya Transvaal bur respublikasının müstəqilliyini tanıyır.

1853-cü il.

İngiltərə və Fransa Türkiyə ilə İtaliyada Rusiyaya müharibə elan edir. Krım müharibəsi başlayır (1856-cı ilə qədər).

1854-cü il.

Britaniya Narıncı respublikanın müstəqilliyini tanıyır.

1857-ci il.

Sipayların britaniya müstəmləkəçi hakimiyyətlərinə qarşı qiyamı. Böyük Moqollar sülaləsinin sonuncu hökmdarı britaniyalılar tərəfindən qovulur, Fransa və Britaniya Çinə müharibə elan edir, Quancounu ələ keçirir.

1859-cu il.

Cuzeppe Haribaldinin rəhbərliyi ilə İtaliyanın müstəqilliyi uğrunda ikinci müharibə. Süveyş kanalının tikintisinin başlanması. Çarlz Darvinin “Növlərin mənşəyi” adlı əsəri çap olunur.

1860-cı il.

Taypinlər Şanxaya daxil olur.

 

Mənbə: Флипп Паркер. Всемирная история. М: АСТ: Астрель, 2011, 512с.

2016-06-16   36405