NKPI

Maraqlı Məlumatlar

ÜMUMDÜNYA TARİXİ – Yeni zamanın başlanğıcı (IV məlumat)

1450-1750-ci illər

1555-ci il.

V Karl “Auqsburq müqaviləsini” imzalayır ki, bu german knyazlarına protestant və ya katolik dinini qəbul etməkdə sərbəstlik verir.

1555-1556-cı il.

Humayun Moqolların idarəçiliyini bərpa edir, amma tezliklə vəfat edir, onun 12 yaşlı oğlu Əkbər imperator olur.

1558-ci il.

I Elizaveta İngiltərənin kraliçası olur. Moqollar Mərkəzi Hindistanı (Qvalior) ələ keçirir. İngiltərə Fransadakı son ərazisini-Kaleni itirir.

1565-ci il.

Rusiyada İvan IV Qroznının hökmdarlığı başlayır. İspaniya Flippini ələ keçirir. Avropadan gətirilmiş xəstəliklər Cənubi Amerikada kütləvi qırğın yaradır.

1570-ci il.

Portuqaliya Anqolanı müstəmləkə edir. Qul ticarəti başlanır.

Təxminən 1570-ci il.

Flamand kartoqrafı Merkator dünya xəritəsinin yeni proyeksiyasını təqdim edir.

1571-ci il.

Lepanto yaxınlığında döyüş: Aralıq dənizində osman ekspansiyası dayandırılıb.

1576-cı il.

Moqollar Şimali Hindistanda Benqal əyalətini ələ keçirir.

1582-ci il.

Yaponiyanın birləşməsinin başlanması.

1585-ci il.

İspaniya Filippinlərdə, Sebuda ilk Avropa müstəmləkəsi yaradır. Nonsaçda müqavilə İspaniyaya qarşı qiyama qalxan hollandlara ingilis hərbi köməyinə imkan verdi.

1587-ci il.

Şah Abbas İranın şahlıq taxtına oturur və osmanlıların ələ keçirdikləri  əraziləri geri qaytarır.

1588-ci il.

İspan Yenilməz ordusu İngiltərəni tuta bilmir.

1590-cı il.

Səfəvilər İranı və Osmanlı imperiyası arasında sülh müqaviləsi bağlanır. Toyotomi Xidriyosi Yaponiyanın birləşməsinə nail olur, paytaxt Edoya (müasir Tokio) köçürülür.

 

Mənbə: Всемирная история. М. : АСТ : Астрель, 2011, 512 с.

2016-06-16   36548