NKPI

Maraqlı Məlumatlar

ÜMUMDÜNYA TARİXİ – Müasir Dünya (V məlumat)

1914-cü ildən bizim günlərə qədər

1950-ci il.

Koreya müharibəsi-“soyuq müharibə” zamanı ilk silahlı münaqişə. ABŞ Fransaya və Hindçinə hərbi kömək göstərir. Çin Tibetə daxil olur. Unitar İndoneziya dövlətinin yaranması elan olunur.

1952-ci il.

Misirdə hərbi çevriliş. Genuyada “Man-mau” qiyamı. Avropa kömür və polad birliyi yaradılıb. İlk hidrogen bombası konstruksiyalaşdırılıb.

1953-cü il.

Polşada və Şərqi Berlində antisovet qiyamları yatırılıb. İ.Stalin vəfat edib.

Krik və Uotsan DNT-nin strukturunu kəşv etmişlər (ikiqat spiral). Polimelitə qarşı vaksin yaradılıb. Everest fəth edilib.

1954-cü il.

Fransa qoşunlarını Cənubi-Şərqi Asiyadan çıxarır. Laos Kamboca və Vyetnam müstəqillik əldə edir. ABŞ-da ilk atom sualtı gəmisi “Nautilus” yaradılmışdır.

1955-ci il.

Varşava müqaviləsinin imzalanması. Misirə Sovet hərbi köməyi. Əlcəzairdə və Marokkoda milli azadlıq hərəkatı. General Peron Argentinadan qovulur. ABŞ-ın İrana hərbi müdaxiləsi.

1956-cı il.

SSRİ Macarıstanda qiyamı yatızdırır. İngilis-fransız hissələrinin Süveyş kanalı ərazisini ələ keçirmək üçün uğursuz cəhd (Süveyş böhranı). Marokko və Tunis Fransadan müstəqillik alır, Sudan isə Britaniyadan.

1957-ci il.

Avropa iqtisadi Birliyi yaradıldı.

1958-ci il.

Çinin “Böyük sıçrayışı”-məcburi sənayeləşdirmə nəticəsində 20 milyona yaxın insan ölür. De Qollun prezidentliyi ilə Fransada beşinci respublika. “Boinq-707”-nin ilk uçuşu.

 

Mənbə: Флипп Паркер. Всемирная история. М: АСТ: Астрель, 2011, 512с.

2016-06-23   36535