NKPI

Maraqlı Məlumatlar

Hindiçin parıltısı və səfalət (III məlumat)

Çində olduğu kimi kosmonavtikadakı uğurlar hind ambisiyasının ən görünən sübutudur. Artıq 2008-ci ildə özünün şəxsi zondunu Aya göndərdi. 2014-cü ilin sentyabrında əhəmiyyətli sıçrayış baş verdi: hind zondu “Manqalyan” Marsa çatdı və onun süni peyki oldu.

Ümumiyyətlə, Hindistanda elm ilə Çində olduğundan təxminən 8 dəfə az adam çalışır. Bununla belə, bilik – bu böyük ölkənin ixrac etməyə hazır olduğu əhəmiyyətli əmtəədir. Hindistan hakimiyyəti yorulmadan qeyd edir ki, “elm ölkəyə zənginlik və çiçəklənmə gətirməyə bilməz”.

Başlıca elmi mərkəz Banqalordur (2014-cü ildən onun rəsmi adı Benqalurdur). O, Hindistanda böyüklüyünə görə üçüncüdür (Dehli və Mumbaydan sonra). Onu “hindistan Silikon vadisi” adlandırırlar. Banqalor qloballaşmanın simvolu, Hindistanda yaradılan yüksək texnologiyalar vitrinidir. Burada informasiya texnologiyası və maşınqayırma inkişaf etmişdir. Banqalor hind aviasiyasının və kosmonavtikanın mərkəzidir. Burada təyyarələr, sputniklər və kosmik raketlər layihələndirilir. Son illər Banqalorda biotexnologiya sürətlə inkişaf edir. Burada 10-dan çox biotexnoloji firmanın qərərgah-mənzili yerləşir. (Hindistanda qeyd olunan belə firmaların sayı 240-dır). Onlardan ən məşhuru Biocon biotexnologiya sahəsində ticarət dövriyyəsinə görə dünyada 16-cı yeri tutur.

Prinsipcə Hindistanın iqtisadiyyatı hələ də dünya iqtisadiyyatına zəif inteqrasiya edib. O hər şeydən əvvəl daxili bazar ilə yaşayır. Mahiyyətcə onun yalnız bir sahəsi kosmopolitdir. Buna baxmayaraq, o, beynəlxalq arenada sadəcə rəqabət aparmır, birbaşa onları ötüb keçir. Bir neçə onillikdə Hindistanın informasiya texnologiyalarının inkişafının aparıcı dünya mərkəzinə çevrilmişdir. Bu sahədə 3 milyondan çox adam çalışır. Hindistanın ümumi daxili məhsul istehsalında onun payı durmadan artır. Əgər 1997/1998-ci illərdə (burada və sonra da maliyyə illəri nəzərdə tutulur; verilən halda o, 1997-ci ilin aprelində başlayır, 1998-ci ilin martında başa çatır) o, cəmisi 1,2% idisə, 2010/2011-ci illərdə 6,4%-ə çatdı. 2013/2014-cü illərin yekununa görə hind informasiya texnologiyaları şirkətlərinin ümumi gəliri 100 milyard dollara çatmışdır. Onun 86 milyard dollara yaxın hissəsi ixracdan əldə olunmuşdur.

Bu sıçrayışı nə ilə izah etmək olar?

Nə üçün kasıblıq ölkəsi olan Hindistan vicdansızcasına aparıcı texnoloji dövlətlərdən birinə çevrilə bildi?

Bəziləri bunu hind iqtisadiyyatının 1991-ci ildən qəbul olunmuş liberallaşması ilə izah edir. Belə ki, Hindistan və Rusiya yeni həyata eyni vaxtda start götürüb. Məgər biz samotlor alovlarının mayaklarına baxaraq distansiyadan tez çıxmışıq?

Digərləri hesab edir ki, hind proqramçıları təsadüf nəticəsində uddular-belə ki,  proqram təminatını yaradanlar 1999-cu ilin ardından 2000-ci ilin gəldiyini nəzərə almadılar.

Üçüncülər geniş izah verirlər ki, onları şərq despotunun frazası ilə ümumiləşdirmək olar: “Kadrlar hər şeyi həll edir”, amma onu hərfi mənada başa düşmək lazımdır.

Hindistan ingilis dilini bilən və az pula işləməyə hazır olan çoxlu sayda yaxşı hazırlanmış mütəxəssislərə malik idi.

Aydındır ki, bu ekspertlərin hamısı haqlıdır. Amma digər faktorlar da var idi ki, Hindistanı informasiya texnologiyaları dayağına çevirmişdir.

Hindistan hökuməti lap əvvəldən mühəndis kadrların hazırlığına xüsusi diqqət yetirirdi. Elit ali məktəblər qovşağı, hər şeydən əvvəl Hindistan texnologiyalar institutu (1950-1960-cı illərdə yaradılmış 15 ali məktəb müəssisələri qrupu) yaradıldı. Elektronika iqtisadiyyatın əhəmiyyətli sahəsi kimi tanındı. Artıq 1970-ci ildə Hindistanda yüksək səviyyəli  proqramçılar tanındı.

1980-ci ildə proqram məhsullarının ixracına icazə verildi. 1990-cı illərin əvvəlləri hind proqramçıları üçün qızıl dövr oldu. Soyuq müharibə başa çatdı. Hindistanda iqtisadiyyatın liberallaşması aparıldı. İnternet və mobil telefon əlaqəsi geniş yayılmağa başladı. Bütün bunlar hind proqramçılarının işini yüngülləşdirdi və onlar Banqalorda və ya Heydərabadda oturaraq dünyanı ələ almağa başladılar. Onların həll etdiyi məsələlər getdikcə mürəkkəbləşirdi.

Hazırda Hindistan informasiya texnologiyaları xidmətinin dünyada ən böyük ixracatçısıdır. Ölkədə informasiya texnologiyalarının üç əsas istiqaməti inkişaf edir.

Bu, müştərilərin istəkləri və tələbləri nəzərə alınmaqla xüsusi proqram təminatının işlənməsi və qərb şirkətlərinin filiallarında istehsal əməliyyatlarının aparılmasıdır (biznes proseslərin autsorsinqi). Bu istiqamətdə iş koll-mərkəzlərin (müraciətlərin emalı və səs əlaqə kanalları vasitəsi ilə məlumat verən təşkilat) yaradılmasını, mühasibat əməliyyatlarının aparılmasını, loqistik dəstəyi və digər xidmətləri birləşdirir. Yüzlərlə transmilli şirkətlər Hindistanda öz filiallarını açmışlar. Öz növbəsində hind informasiya texnologiyaları şirkətləri dünyanın 70-dən çox ölkəsində xidmət göstərir.

Təcrübələr göstərir ki, hind mütəxəssislərinə ən mürəkkəb məsələləri tapşırmaq olar; onlar həmin məsələləri həll edə bilirlər. Müxtəlif bazarlarda vəziyyəti, orada yaranan konyukturanı analiz edir, icra olunan əməliyyatların maliyyə və hüquqi aspektlərini öyrənirlər.

Hər halda informasiya texnologiyası sahəsində Hindistanda inkişaf tempi 32,6%-dən (2006/2007-ci illər) təxminən 14%-ə düşüb (2014/2015). Bunun səbəbi iqtisadi böhran deyil. Hindistan getdikcə özünün ucuz işçi qüvvəsi bazarı kimi üstünlüyünü itirir. Rəqib ölkələrdə daha az əmək haqqı ilə işləməyə hazırdırlar və orada olan proqramçıların kvalifikasiyası çox vaxtı hindlilərdə olduğundan aşağı olmur. Hindistanın rəqibləri isə soyuq müharibə başlandıqdan sonra hər yerdə artıb. Bu təkcə Filippin və Misir, Meksika və Braziliya deyil, həmçinin Çin və Vyetnam, Macarıstan və Polşadır. Hindistan hakimiyyəti artıq indidən informasiya texnologiyaları sferasında rəqabətdən narahatdır. Onlar “ciddi təhlükədən”- ölkənin iqtisadiyyatına investisiya axınının azala biləcəyindən danışırlar.

Ardı var...

Aleksandr Volkov

Mənbə: Знание-сила. 4/ 2016, с.8-9. 

2016-07-05   36447