NKPI

Maraqlı Məlumatlar

Hindiçin parıltısı və səfalət (IV məlumat)

 

Hindistanda mütəxəssis hazırlığı sahəsində indi də hər şey yaxşı deyil. Buranın ali məktəblərini ildə 4 milyona yaxın mütəxəssis bitirir (onların yarım milyona qədəri mühəndis olur). Lakin əksəriyyəti müəssisəyə gələrək təklif olunan tapşırıqları dərhal icra edə bilmir. Onlara yenidən öyrənmək, ixtisası artırmaq lazım gəlir. Son illər ingilis dilini öyrənmək də çətinləşib (amma yaxın keçmişdə bu hind proqramçılarının əlində əsas vasitə idi). Asılı olmayan testləşdirmə göstərdi ki, yeni hazırlanan mühəndislərin 43%-i ingilis dilində sadə danışığı bacarmır və ya həmin dildə xarici tərəf müqabilinə məktub göndərə bilmir.

Hər halda elmin informasiya texnologiyaları və ya kosmanavtika sferasında Hindistan dünyada böyük hörmətə malikdir. Lakin Hindistan sərt kontrastlar ölkəsi olaraq qalır. Ən güclü hind mütəxəssislərinin bütün dünya üçün kompüter proqramları hazırladığı bir vaxtda ölkənin əhalisinin yarısı gündə iki və daha az dollar ilə yaşamaq məcburiyyətindədirlər. Hindistanın ən iri şəhərlərində zənginlik və səfalət bir-biri ilə yanaşıdır.

Belə problemlərə malik ölkə “dünya elminin fasadı” necə sayıla bilər? Yüz milyonlarla insanın ac qaldığı ölkədə aya raket buraxmaq ölkəyə bu qədərmi lazımdır? Kosmosun fəthi planı göstərir ki, Hindistanda bəzi ölkələrdə olduğu kimi hakimiyyət iri layihələr haqqında daha çox çalışmaq lazım olduğunu düşünür,  çünki onlar ölkənin beynəlxalq arenada nüfuzunu artırır. Tənqidçilər hesab edirlər ki, pulu düşünülmüş şəkildə xərcləmək olardı.

Formal olaraq Hindistan dünyada ən böyük demokratik ölkədir. Faktiki olaraq burada demokratiya müstəmləkə keçmişinin yaşanışı kimi görünür. Britaniya saqibləri gedərkən öz dilləri ilə yanaşı rituallar və mərasimlər  toplusunu da qoyublar. Burada yalnız kast sistemi yaşayır. Kastlar, klonlar- hind həyatının sərt sxemi bunlardır, heç kim tərəfindən, heç bir siyasətçi tərəfindən (onlar avropa təhsili alsalar da) aradan qaldırılmayıb. Özünü Londonda da evindəki kimi hiss edən və az sayda azad elitaya qarşı avam və kasıblıq içində yaşayan  milyard insan kütləsi durur.

2013-cü ildə Global Competitiveness Reportun (qlobal rəqabət qabiliyyətlilik indeksi) verdiyi məlumata görə Modi hakimiyyətə gəldiyi ərəfədə Hindistan infrastrukturun inkişafına görə dünyada 85-ci (İran, Qvatemala, Gürcüstan ondan yuxarıda idi), əmək bazarının effektivliyinə  görə 99-cu yerdə idi. İstənilən əmək mübahisəsinin yerli məhkəmədə həlli səmərəsiz işdir. Kontrakt üzrə çəkişmələr orta hesabla 1420 gün-təxminən 4 il, məhkəmə araşdırmaları isə yalnız Anqolada, Myanmada və Şərqi Timorda uzun müddət davam edir.

Hindistanın əsas problemi müxtəlif ekspertlərin fikrincə zəif ictimai həmrəyliliyin qalmasıdır. Hind iqtisadçısı Vişvanatan Raqxunatan özünün Games İndians Play (“Hindistanda oynayırıq”) kitabında oyun modelində çox vaxt rasional düşüncəli adamların bir-biri ilə  əməkdaşlıq etməsindən imtinasının səbəblərini göstərməyə çalışmışdır, baxmayaraq ki, bu əməkdaşlıq hər ikisi üçün faydalıdır. Bütün bunların günahkarı səhv anlaşılan induizmdir, o insanları köməksiz fatalistlərə çevirir. Onda istənilən bədbəxtlik allahdan göndərilən taledir, zənginlik isə eyni təsadüflə onun göndərdiyi hədiyyədir. “Cəmiyyətin xorası” olan ədalətsizlik, korrupsiya və s. haqqında nə danışmaq olar?

Lakin planetimizdə  mənasız həyat sürən insanların üçdə birinin Hindistanda yaşamasını yalnız fatalizm ilə izah etmək olarmı? Bu, 300 milyon insandır. Nə üçün hər üç hindlidən biri elektrik enerjisindən istifadə edə bilmir? Su və kanalizasiya sistemlərinin səviyyəsi o dərəcədə aşağı olur ki, bu,  heç tənqidlə belə ifadə oluna bilmir. Nə üçün Hindistan müstəqillik əldə etdikdən sonra (1947) bu demokratik ölkədə cəmi 12 min kilometr dəmir yolu çəkildiyi halda həmin vaxtda avtoritar Çində 80 min kilometr dəmir yolu çəkilib? Axı dəmir yolu qovşağı hind iqtisadiyyatının əsas bel sütunudur ki, ayrı-ayrı statları birləşdirir. Bəs məktəblər? Hind məktəbləri dəhşətli fantaziyaların həyata keçirildiyi  yerə bənzəyir. Həddən artıq dolu siniflərdə eyni zamanda 150 nəfər şagird məşğul ola bilir. Şagirdlər birbaşa döşəmədə otururlar. Demək olar ki, öz fənlərini bilməyən müəllimlər son dərəcə az əmək haqqı alırlar. Dövlət məktəbləri belədir. Odur ki, Raqxuanatanın sözləri ilə desək “hətta su üçün çətinliklə pul toplayan ailələr hər şey edirlər ki, uşaqlarını xüsusi məktəblərə göndərsinlər. Lakin bu heç də hamıya müəssər olmur. Çox ailələr o qədər kasıbdırlar ki, hətta övladlarını ödənişsiz dövlət məktəblərinə də göndərə bilmirlər. Təhsil hüququ onların istəkləridir, həyata keçməyən arzularıdır. YUNESKO-nun məlumatına görə 2015-ci ildə Hindistanda yaşayan 264 milyon insan (əhalinin 29%-i) nə oxuya, nə də yaza bilir.

Ali təhsil sistemi də qüsurludur. Hindistan texnoloji institutu kimi bir neçə təhsil müəssisəsi müstəsna olmaqla, demək olar ki, 680 institut və universitetin keyfiyyəti yaxşı təhsil tələb edir. Elmi-tədqiqat işlərinin səviyyəsi də əksər universitetlərdə təəssüf ki, aşağıdır. Bununla belə, ölkədə 26 milyon tələbə var və onların sayı durmadan artacaq. Bəs ekoloji vəziyyət? Şəhərlərdə hava çirklənmişdir.  Zibilxanalarda və şəhər məhəllə arxlarında tonlarla zəhərli tullantılar  yığılır. Çürüyən məişət tullantılarının miqdarını hesablamaq mümkün deyil. Çaylar çirklənmişdir, çünki tullantı suları təmizlənmədən çaylara tökülür. Hind meyvə və tərəvəzlərində müntəzəm olaraq ağır metallar aşkar olunur, çünki əksər kəndlilər öz əkin sahələrini çirkli çay suları ilə, yəni sənaye tullantı suları ilə sulayırlar. “Məgər bu iqtisadi inkişaf üçün qaçılmaz faktdır?”-deyə tədqiqatçılar soruşurlar. Məgər təmiz hava ətraf mühitin sağlamlığı ilə hind iqtisadiyyatı kimi anlayışlar birgə ola bilməyən anlayışlardır?

Çin hakimiyyətləri ağlasığmaz güc  sərf edir ki, ölkə dünyada aparıcı dövlətlərdən biri olsun və dünya elminə töhvələr versin. Onları oturduqları maşından mümkün olan hər şeyi ala bilən ekstra klas idman pilotları komandası ilə müqayisə etmək olar. Hindistan hökuməti hətta istənilən ölkənin hakimiyyəti üzərinə qoyulan vəzifələrlə də bacara bilmir. Xalq təhsilinin, səhiyyənin, ətraf mühitin əsas problemləri on illərlə həll olunmur.

Hindistan elə böyük imkanlara malik ölkədir ki, onu çox vaxt “Formula-1”-in bolidi ilə müqayisə etmək olar. Amma hələ də, sağ təkəri bərkidilməmiş, pedalların və tutacaqların, ilk basılmada yuvasından çıxdığı bolidi necə idarə etmək olar? Dünya liderliyi üçün necə mübarizə aparacaqsan ki, sənin ölkəndə bu qədər insan səfalətdə yaşayır?!

Ekspertlər düşünürlər ki, heç də tamamilə nağıllar ölkəsi olmayan Hindistan öz kontrastları ilə birlikdə tezliklə dünya iqtisadiyyatına yeni bir yol açacaq! Və onu daxildən bilən intellektuallar hesab edirlər ki, o, hər bir sahədə işıq saçacaq! Artıq qərb sivilizasiyası ölkələri üçün nümunə kimi, dünya tarixinin təkəri qarşısıalınmaz olaraq Hindistanı ən yüksəyə qaldıracaq.

Hindistanın paytaxtı pul dumanında boğulur. Dehli nağıllardakı  zənginliyə malik səfalət şəhəridir.

Hindistan dünyada ən böyük demokratik ölkədirmi? Rana Dasqupta yazır ki, yox, yox və yox. Onun fikirləri və fantaziyaları feodalizmdir. Dasqupt üçün Dehli simvoldur. Tezliklə bütün dünyada hökmranlıq edəcək qlobal kapitalizmin nümunəsidir. Bu kapitalizmin yeni simasıdır. İndi də 200 il əvvəl olduğu kimi digərlərinə aman verməyəndir və o elitaya aid olmayan, heç kimin xoşuna gəlməz. Bu feodal cəmiyyətinin çürüyən bədənində yenidən doğulan kapitalizmdir.

Elm tədricən hindiçin olur. Bizim həyatımız da hindiçin olur.

Ardı var...

Aleksandr Volkov

Mənbə: Знание-сила. 4/ 2016, с.11-14.

2016-07-09   36362