NKPI

Maraqlı Məlumatlar

Uşaqlar üçün təcrübələr və eksperimentlər -3

Qəpik ilə möcüzə

Bu sadə, amma effektiv fokus yəqin ki, sənin dostlarına qəribə gələcək. Sənin həqiqi sehrbaza çevrilmək imkanın var!

Nə lazımdır?

1) Su; 2) istənilən qəpik; 3) həcmi bir litr olan banka.

Xüsusi şərt. Tamaşaçılar

Eksperimentin icra ardıcıllığı:

1) Bankaya su tök.

2) Dostlarından birindən xahiş et ki, qəpiyi masanın üzərinə qoysun. Hamı görür ki, qəpik həqiqətən də masanın üzərindədir.

3) İçərisində su olan bankanı qəpiyin üzərinə qoyub sehirli sözlər de və asistentdən xahiş et ki, bankaya əvvəlcə yuxarıdan, sonra isə yandan baxsın. Aydınlaşdır ki, o nə görür.

Nə baş verir:

Sən içərisində su olan bankanı qəpik üzərinə qoyduqda o, görünməz olur.

Bu nə üçün baş verir?

Bankanın altındakı qəpik işığı əks etdirir. Əks olunmuş şülar müəyyən bucaq altında suya daxil olur, sonra sınır və başqa bucaq altında yayılır. Bundan sonra əks olunmuş şüalar bankadan daha böyük bucaq altında çıxır, odur ki, qəpik bayırdan görünmür.

Bil! Günəş şüaları sındıqdan sonra başqa bucaq altında yayılır.

2020-04-29   37479