NKPI

Maraqlı Məlumatlar

Uşaqlar üçün təcrübələr və eksperimentlər -4

Hansı rəng daha çox udur?

Olduqca isti yay günlərində açıq rəngli paltar geyinmək məsləhətdir. Nə üçün? İndi bilərsən!

Nə lazımdır?

1) su; 2) 2 eyni stəkan; ) ağ kağız vərəqi; 4) qara kağız vərəqi; 5) skotç; 6) termometr.

Eksperimentin icra ardıcıllığı.

1) Stəkanın birini ağ kağız ilə sıx büküb kağızı skotç ilə bərkit.

2) İkinci stəkanı qara kağız ilə sıx büküb kağızı skotç ilə bərkit.

3) Hər iki stəkana eyni miqdarda su tök.

4) Hər iki stəkanı bir neçə saat günün altında saxla, sonra termometr ilə hər iki stəkandakı suyun temperaturlarını ölç.

Nə baş verir?

Qara kağıza bükülmüş stəkandakı su ağ kağıza bükülmüş stəkandakı suya nəzərən daha çox isti olur. Hər iki stəkandakı suyun temperaturunu ölçdükdən sonra özün buna əmin olacaqsan.

Nə üçün belə olur?

Açıqrəngli səthlər qara rəngə nəzərən daha çox işıq əks etdirir, odur ki, isti şəraitlərdə insanlar açıq rəngli paltar geyinməyə üstünlük verirlər.

2020-04-30   37463