NKPI

Maraqlı Məlumatlar

Uşaqlar üçün təcrübələr və eksperimentlər -12

Yumurtanı üzməyə məcbur et

Əgər yumurtanı içində adi içməli su olan stəkana qoysan, yumurta dərhal dibə çökər. Əgər suya duz qatsaq necə?

Nə lazımdır?

1) 3 çiy yumurta; 2) su; 3) duz; 4) üç şəffaf stəkan (yaxşı olar ki, hündür olsun).

Eksperimentin icra ardıcıllığı.

1) Hər bir stəkana 250 ml soyuq su tök.

2) İki stəkana hər birinə 4 yemək qaşığı duz tök və duz tam həll olana qədər qarışdır.

Əhəmiyyətlidir! Hər bir stəkanda eyni miqdarda su olmalıdır.

3) İçməli su olan stəkana yumurtanı ehtiyatla burax.

4) Sonra içərisində duz olan stəkanın birinə ikinci yumurtanı burax və baş verənləri müşahidə et.

5) Sonra üçüncü yumurtanı içərisində duzlu su olan digər stəkana burax.

6) Sonra üçüncü stəkana yavaş-yavaş adi içməli su tök.

Nə baş verir?

Sən yumurtanı adi içməli suya saldıqda o, dərhal dibə enir.

Duz məhlulunda yumurta özünü başqa cür aparır. O, səthdə üzür!

Sən üçüncü stəkana içməli su əlavə etdikdə yumurta stəkanın ortasında üzür!

Nə üçün belə olur?

Duzlu suyun sıxlığı adi içməli suyun sıxlığından çoxdur, odur ki, içməli suda çökən predmetlər duzlu suda üzə bilər. Sən yumurtanı içində su olan suya buraxdıqda o, asanlıqla su təbəqəsini keçir və duzlu suda üzür. Sən duz məhlulunu durulaşdıranda (üçüncü stəkanda) yumurta duzlu su təbəqəsində qalır.

Bil! Sıxlığı suyun sıxlığından az olan maddələr onun səthində üzür.

2020-05-09   36637