NKPI

Maraqlı Məlumatlar

Uşaqlar üçün təcrübələr və eksperimentlər -13

Pasın əmələ gəlməsi

Bil! Oksidləşmə reaksiyalarında oksigen dəmir ilə birləşərək yeni maddə – dəmir oksid və ya pas əmələ gətirir.

Pasın əmələ gəlməsi.

Sən çox sadə təcrübə qoyaraq dəmir əşya üzərində pas əmələ gəlməsini müşahidə edə bilərsən.

Nə lazımdır?

1)mismar; 2) stəkan; 3) soyuq su.

Xüsusi şərt.

Təcrübəni uzun müddət – 4-5 gün aparmaq.

Eksperimentin aparılması qaydası.

1) Stəkanı götürüb ona soyuq su tök.

2) İçində su olan stəkana mismar sal və 4-5 gün saxla, amma hər gün müşahidə aparmağı unutma.

3) Qeyd olunan vaxt keçdikdən sonra mismarı sudan çıxar və ona diqqətlə bax.

Nə baş verir?

Əvvəlcə mismar üzərində qəhvəyi ləkələr əmələ gəlir. Onun miqdarı hər gün artır. Dördüncü – beşinci gün mismar tamamilə qalın pas ilə örtülür.

Nə üçün belə olur?

Ətraf mühitin təsiri ilə (təcrübədə su və hava oksigeni) dəmir paslanır. Pas boş qırmızı–qəhvəyi dəmir (III) hidroksiddir: Fe(OH)3

Bil! Nə vaxt desələr ki, metal paslanıb, onda yalnız dəmir və onun ərintiləri nəzərdə tutulur. Digər metalların dağılma prosesi korroziya adlanır.

2020-05-10   35425