NKPI

Maraqlı Məlumatlar

Uşaqlar üçün təcrübələr və eksperimentlər -15

Köpük fontanı

Bir neçə inqredienti qarışdır və parlaq köpük fontanını seyr et.

Nə lazımdır?

1) Həcmi 1,5 litr olan boş plastik butulka.

2) 6%-li hidrogen peroksid.

3) 3 yemək qaşığı isti su.

4) Bir çay qaşığı qab yumaq üçün maye.

5) İstənilən rəngdə qida boyası.

6) Kiçik stəkan və ya piyalə.

7) Qıf.

8) Bişirmək üçün forma.

9) Ölçü qaşıqları.

Eksperimentin icra ardıcıllığı.

1) Şüşə stəkan götür və ona yarısına qədər hidrogen peroksid tök.

Diqqət! Ona hazır ol ki, təcrübə nəticəsində butulkadan köpük axacaq, odur ki, onu formanın içinə qoymaq lazımdır.

2) Boş plastik butulkanın ağzına qıf qoy və ölçülmüş miqdarda hidrogen peroksid tök.

3) İndi sən hidrogen peroksidi boyamalısan. Bunun üçün butulkaya 8-10 damcı istənilən rəngdə qida boyağı tök və yaxşı-yaxşı qarışdır.

4) Sonra rəngli hidrogen peroksidə bir çay qaşığı qab yumaq üçün maye tök.

5) Kiçik stəkanı götür və ona bir yemək quru balata tök.

6) Sonra balata üzərinə 3 yemək qaşığı isti (qaynar yox) su tök və 30 saniyə yaxşı-yaxşı qarışdır.

7) İndi hər şey hazırdır. Eksperimenti başlamaq olar. Beləliklə! İçində rəngli hidrogen peroksid olan butulkanın ağzına qıf qoy və ehtiyatla qıfdan həll olmuş balatanı tök.

Nə baş verir?

Butulkadan gözəl rəngli köpük fontanı çıxır.

Bil! Ekzotermik reaksiya nəticəsində istilik ayrılır.

2020-05-12   35370