NKPI

Интересные Факты

Böyük kimya səyahəti - II BLOK

Maddələr çayı

1 Bal

1. İki qaz (maye, bərk) halında maddəni adlandırın.

2. Bəsit maddələrə misallar göstərin – metallar (qeyri metallar).

3. Qarışıqlara misallar göstərin.

4. Xörək duzunu məhluldan necə ayırmaq olar?

5. Xörək duzu və çay qumu qarışığını necə ayırmaq olar?

6. Turşuların (əsasların, oksidlərin, duzların) tərifini deyin.

7. Sizə məlum olan turşunu adlandırın, onun formulunu tərtib edin.

 

2 Bal

1. İndikator nədir? Sizə məlum olan indikatorları adlandırın.

2. Bəsit maddələr hansı qruplara bölünür? Misallar göstərin.

3. Bəsit (mürəkkəb) maddələrin formullarını göstərin, onları adlandırın: NaCl, KOH, O2, Fe, HCl.

4. Hidroksi qrup nədir? Onun valentliyi neçədir?

5. Natriumun (alüminiumun) baş oksidinin formulunu tərtib edin.

6. Havanın tərkibinə hansı maddələr daxildir?

7. Oksigen harada və nə üçün istifadə olunur?

8. Hansı maddələr bəsit (mürəkkəb) maddə adlanır?

9. Əsaslar necə təsnif olunur?

10. Qələvilərə (həll olmayan əsaslara) misallar göstərin.

 

3 Bal

1. Sulfatlara (karbonatlara və s.) misallar göstərin.

2. Aşağıda qeyd olunanlardan oksidlərin (turşu oksidlərinin, əsasi oksidlərin, turşuların, qələvilərin, həll olmayan, əsasların, duzların) formullarını seçin: CuO, H2SO4, CaCO3, CO2 və s.

3. Nə üçün fosfatlar (nitratlar, karbonatlar və s.) duzlar sinifinə aiddir?

 

4 Bal

1. Turşu və duzların (əsas və duzların, duz və turşuların) tərkibində nə eynidir? Cavabı misallarla təsdiq edin.

2. Turşular (əsaslar) hansı əlamətlərinə görə təsnif olunurlar?

3. Oksigensiz (oksigenli) turşuların əmələ gətirdikləri duzların formullarını tərtib edin.

4. Qələvilərin (həll olmayan əsasların) əmələ gətirdikləri duzların formullarını tərtib edin.

5. Yerdə oksigen hansı proseslərdə iştirak edir? Nə üçün atmosferdə onun miqdarı praktiki olaraq dəyişmir?

 

5 Bal

1. Qeyri üzvi birləşmələrin təsnifatı haqqında danışın.

2. Havanın tərkibinə daxil olan bəsit və mürəkkəb maddələrin adlarını və formullarını göstərin.

3. Tərkibi və fiziki xassələrinə görə oksigen və ozon nə ilə oxşardır?

4. Allotropik şəkildəyişmələrə misallar göstərin.

5. Sizə məlum olan təsnifatlara uyğun olaraq turşuların formullarını düzün.

 

6 Bal

1. Karbon qazının (sönməmiş əhəngin, sönmüş əhəngin, kvarsın və s.) formullarını yazın.

2. Hansı bəsit (mürəkkəb) maddələri biz məişətdə istifadə edirik?

3. Hansı əlamətlərə görə metalları qeyri metallardan fərqləndirmək olar?

4. İkinci (üçüncü) dövrün elementlərinin əmələ gətirdikləri duzların formullarını yazın.

5. Havanı tərkib hissələrinə necə ayırmaq olar?

6. Çay sahilində hansı oksidləri tapmaq olar?

2016-08-01   36849