NKPI

Maraqlı Məlumatlar

Uşaqlar üçün təcrübələr və eksperimentlər -22

Kəndir telefon

Keçmişə qayıtmaq istəyirsən? Onda köhnə texnologiyanın köməyi ilə kəndir telefon hazırla. Onda səs dalğaları ilə praktikada tanış olmaq üçün əla imkanın olacaq.

Nə lazımdır?

1) İki kiçik plastik stəkan və ya 2 boş konserv bankası.

2) İynə və ya mismar və çəkic.

3) Kəndir, möhkəm sap və ya tilov ipi (10 metrə yaxın).

Xüsusi şərt.

İki adam olmalıdır.

Eksperimentin icra ardıcıllığı

1) Lazımi uzunluqda sapı ölçüb kəs.

2) Hər iki plastik stəkanın dibini iynə ilə deş və kəndiri və ya tilov ipini keçirərək uclarını elə bağla ki, tilov ipi və ya kəndir stəkanın dibindən çıxmasın. Əgər sənin iki metallik bankan varsa, onda mismarın və çəkicin köməyi ilə hər iki bankanın dibində deşik aç və eyni qaydada kəndiri və ya tilov ipini keçirib bağla.

4) “Aparatın” biri səndə, ikincisi sənin köməkçində olmalıdır. Siz kəndir imkan verənə qədər bir-birindən aralanmalısınız.

Əhəmiyyətlidir!

İp yaxşı dartılmalıdır və heç cür heç bir səth ilə toxunmamalıdır.

Nə baş verir?

Bir adam stəkana və ya bankaya danışır, ikinci adam “aparatı” qulağına qoyaraq deyiləni eşidir.

Nə üçün belə olur?

Səs dalğalar yaradır ki, onlar stəkanın dibində titrəyişə çevrilir. Sonra titrəyiş kəndirə ötürülür və ikinci stəkanın dibini titrəməyə məcbur edir və orada səsə çevrilir. Odur ki, bir adam digərinin ona dediyini eşidir

Bil! Səs dalğaları suya daş atanda yaranan dalğalara oxşayır.

2020-05-19   35386