NKPI

Maraqlı Məlumatlar

Böyük kimya səyahəti - III BLOK

Kimyəvi reaksiyalar okeanı

1 Bal

1. Nə kimyəvi reaksiya adlanır?

2. Kimyəvi reaksiyaların əlamətlərini sadalayın.

3. Hansı reaksiyalar ekzotermik (endotermik) reaksiyalara aiddir?

4. Kimyəvi reaksiyaların əsas tiplərini sadalayın.

5. Tənliyi tamamlayın: NaOH + HCl →

6. Nə etmək lazımdır ki, dəmir tozu ilə kükürd arasında reaksiya başlasın?

 

2 Bal

1. Kimyəvi reksiyaların getmə şərtlərini sadalayın.

2. Maddələrin miqdarı və onların tərkibinə (istilik effektinə, dönərliliyinə və s.) görə necə təsnif edirlər?

3. Təbiətdə baş verən reaksiyalara misallar göstərin.

4. Müxtəlif təsniflərə görə 2Cu + O2 = 2CuO reaksiyasını hansı qruplara aid etmək olar?

5. Endotermik (ekzotermik) reksiyaya misallar göstərin.

6. Mübadilə (əvəzetmə, birləşmə, parçalanma) reaksiyaları hansı reaksiyalardır? Misallar göstərin.

7. Neytrallaşma reaksiyası hansı reaksiyadır? Misallar göstərin.

 

3 Bal

1. Çevrilmələri həyata keçirin:

Ca → CaO → CaCl2 (Fe → FeCl3 → Fe(OH)3)

2. Hansı reaksiyanı praktikada həyata keçirmək olar:

Cu + HCl →

Mg + HCl →

3. Turşuların (həll olmayan əsasların , qələvilərin) kimyəvi xassələrini sadalayın. Cavabı reaksiya tənlikləri ilə təsdiq edin.

4. Hidrogenin (oksigenin, kükürdün və s.) kimyəvi xassələrini xarakterizə edən reaksiya təhlükələrini tərtib edin.

 

4 Bal

1. Çevrilməni həyata keçirin:

Cu → CuCl2

2. Turşularla qarşılıqlı təsirdə olan metallara misallar göstərin. Reaksiya tənliklərini tərtib edin.

3. Turşu (əsas amfoter) oksidlər hansı xassələrə malikdirlər? Reaksiya tənliklərini tərtib edin.

4. Mis (II) hidroksid misalında həll olmayan əsasların kimyəvi xassələrini təsvir edin.

5. Kömürün oksigendə və havada yanması fərqlənirmi?

6. Suyun kimyəvi xassələrini sadalayın.

 

5 Bal

1. Su ilə reaksiyaya girən metallara misallar göstərin. Reksiya tənliklərini tərtib edin.

2. Kimyəvi reaksiyalar hansı əlamətlərinə görə və necə təsnif olunur?

3. Yanma oksidləşmədən nə ilə fərqlənir? Misallar göstərin.

4. Reaksiya tənliyini tamamlayın, onun tipini müəyyən edin:

P2O5 + Na2O →

5. Etilenin C2H4 oksigendə yanma reaksiyası tənliyini yazın.

 

6 Bal

1. Mis məftil qızdırılır, sonra içərisində xlorid turşusu olan qaba salınır. Reaksiya tənliyini yazın.

2. Çevrilmələr zəncirini tərtib edin: metal → qələvi → duz. Uyğun reaksiya tənliklərini yazın.

3. Aşağıda qeyd olunan  maddələrin hansı ilə su reaksiyaya girir:

HNO3, N2O5, FeO, CaO?

4. Metalların karroziyası nədir?

2016-08-03   4638