NKPI

Maraqlı Məlumatlar

Böyük kimya səyahəti - IV BLOK

Kimyəvi məsələlərin keçilməz meşəsi

1 Bal

1. Azotun N2 molyar kütləsini müəyyən edin.

2. m (N,V və s.) hərfi ilə hansı fiziki kəmiyyət işarə olunur?

3. Avaqadro ədədi nəyi göstərir? (nəyə bərabərdir?)

4. Normal şəraitdə qazın molyar həcmi nə qədərdir?

 

2 Bal

1. Nitrat turşusunun HNO3 nisbi molekul kütləsini tapın.

2. 3 mol oksigen ilə reaksiyaya girən mis miqdarını müəyyən edin.

3. Bir mol suda neçə molekul var?

4. Normal şəraitdə hansı miqdarda hidrogen 44.8 litr həcm tutur?

5. Suda oksigenin kütlə payını tapın.

6. Hansı formullar üzrə maddə miqdarını hesablamaq olar?

 

3 Bal

1. 1.7 mol ammoniakda NH3 neçə molekul var?

2. Normal şəraitdə 6.4 mol oksigen hansı həcm tutur?

3. 44.8 litr (normal şəraitdə) oksigen ilə hansı miqdarda kükürd reaksiyaya girər?

4. Maddədə (qarışıqda maddənin) elementin kütlə payını hansı formul ilə hesablamaq olar?

5. 12∙1023 xlor molekulu hansı miqdarı təşkil edir?

 

4 Bal

1. 4 qram kükürd yanmışdır. Alınan kükürd dioksidin həcmini hesablayın.

2. 6.5 qram sink xlorid turşusu ilə reaksiyaya girdikdə əmələ gələn hidrogenin normal şəraitə hesablanmaqla həcmini hesablayın.

3. 5 mol hidrogenin yanması üçün lazım olan oksigenin kütləsini müəyyən edin.

 

5 Bal

1. 7.4 qram kalsium hidroksid sulfat turşusu ilə reaksiyaya girdikdə əmələ gələn duzun kütləsini müəyyən edin.

2. Əgər normal şəraitə hesablanmaqla 44.8 litr hidrogen əmələ gəlmişdirsə, dəmir ilə reaksiyaya girən sulfat turşusunun kütləsini müəyyən edin.

3. 3.2 qram mis oksidləşdikdə əmələ gələn mis (II) oksidin kütləsini müəyyən edin.

 

6 Bal

1. İçərisində 1 qram oksigen olan qabda 1 qram fosfor yandırılmışdır. Reaksiyadan sonra qabda hansı maddələr qalmışdır? Onların kütlələrini tapın.

2. 40% kalsiuma, 12% karbona, 48% oksigenə malik maddənin formulunu müəyyən edin.

3. Hansı metalı xlorid turşusunda həll etdikdə böyük həcmdə hidrogen ayrılır: kalsium və ya maqnezium?

4. Bir molekul suyun kütləsini müəyyən edin.

2016-08-05   37054