NKPI

Maraqlı Məlumatlar

Böyük kimya səyahəti - V BLOK

 

Laboratoriya avadanlıqları qalası

Bu masa üzərində müxtəlif laboratoriya qabları, avadanlıqlar, reaktivlər qoyulub. Şagirdlər lazımi predmetləri tapır, onların quruluşu istifadəsi haqqında danışır, cihazları yığır. Burada aparıcılardan biri həmişə kimya müəllimi olur.

1 Bal

1. Maddənin iyini düzgün necə təyin etməyi nümayiş etdirin.

2. Sınaq şüşəsini (kolbanı, kimya stəkanını, qıfı və s.) tapın. O nə üçün istifadə olunur?

3. Spirt lampasını tapın və onunla iş qaydası haqqında danışın.

4. Ştativin tutqacında sınaq şüşəsini düzgün necə bərkitməyi göstərin.

5. Kükürd (və ya digər maddəni) tapın və onun fiziki xassələrini təsvir edin.

6. Əgər maddə məhlulu əl üzərinə düşübsə nə etmək lazımdır?

 

2 Bal

1. Metalları (qeyri metalları) tapın. Onların fiziki xassələrini təsvir edin.

2. Filtri necə hazırlamağı nümayiş etdirin.

3. İndikator nədir? Sizə məlum olan indikatorları tapın.

4. Laboratoriya ştativinin detallarını nümayiş etdirin və onları adlandırın.

5. Nə üçün laboratoriyada maddəni dadmaq qəti olmaz?

6. Stəkanın oksigen ilə dolduğunu necə təyin etmək olar?

7. Sınaq şüşələri üçün tutqacları tapın. O nə üçün istifadə olunur?

8. Duzları (oksidləri, əsasları) tapın və onları adlandırın.

 

3 Bal

1. Sübut edin ki, həqiqətən də sınaq şüşəsində qələvi (turşu) var.

2. Şüşə trubka taxılmış rezin probkanı tapın. Bu detalın təyinatı nədir?

4. Məhlulu filtrləmə (buxarlandırma) üçün qurğunu qurun.

 

4 Bal

1. Oksigen (hidrogen) almaq üçün cihazı yığın. Oksigeni (hidrogeni) hansı üsul ilə yığmaq olar? Nə üçün?

2. Mübadilə (əvəzetmə) reaksiyasını aparın. Onun əlamətlərini göstərin.

3. Kipp aparatını tapın. Onun quruluşu və işi haqqında danışın.

4. Verilmiş reaktivlərdən hidrogen alın. Hidrogeni necə yığmaq olar?

5. Sınaq şüşəsində hidrogenin  təmiz olmasını necə təyin etmək olar?

 

5 Bal

1. Həll olmayan (həll olan, qaz halında) maddə alın.

2. Qələvi və turşu arasındakı reaksiyanı aparın. Nə üçün onun aparılması zamanı indikator istifadə etmək lazımdır?

3. Turşu (qələvi) məhlulunu sudan necə fərqləndirmək olar?

 

6 Bal

1. Olan reaktivlərdən və sinkdən istifadə edərək hansı maddələri almaq olar?

2. Kalsium karbonatdan hansı maddələri və necə almaq olar?

2016-08-08   4390