NKPI

Maraqlı Məlumatlar

Uşaqlar üçün təcrübələr və eksperimentlər -42

“Ağıllı” şamdan

Sən görmüsən ki, adi şam suda üzür? Sən qeyri-adi şamdanda üzən şam düzəldə bilərsən. İnanmırsan? Yoxla – hər şey alınar!

Nə lazımdır?

1) Şam.

2) Şəffaf şüşə stəkan.

3) Mismar.

4) Kibrit.

5) Su.

Eksperimentin icra ardıcıllığı.

Ehtiyatlı ol! Təcrübəni yaşlıların müşayiəti ilə aparmaq lazımdır.

1) Şamın suda üzməməsi üçün sənə onun bir tərəfini ağırlaşdırmaq lazımdır. Bunun üçün sənə mismar lazım olacaq. Kibriti yandır, mismarı qızdır və şamın aşağı hissəsinə tax.

Ehtiyatlı ol! Təcrübəni aparmaq üçün yaşlıların iştirakı lazımdır.

Məsləhət: Mismarı qızdırmadan qoymağa tələsmə.

2) Stəkana su tök.

3) Hazırlanmış şamı stəkanın içərisinə burax (suyun səthində yalnız şamın fitili və şamın 5mm yuxarı hissəsi qalmalıdır).

Nə baş verir?

Şam üzür, yanmaqda davam edir və sönmür. Zaman keçdikcə o, axıra qədər yanır.

Nə üçün belə olur?

Əvvəlcə şam ona görə batmır və yanmaqda davam edir ki, onun xarici hissəsi su ilə soyuyur, alovun təsirindən ərimir. Başqa sözlə, şamın kənarları fitilin ətrafındakı mərkəzi hissəsinə nəzərən ləng əriyir. Şamın mərkəzi hissəsində zaman keçdikcə - şam yandıqca fitil ətrafında hava qıfı əmələ gəlir ki, bunun sayəsində şam yanmaqda davam edir, hətta suyun səviyyəsindən aşağı olsa da.

2020-06-08   34548