NKPI

Maraqlı Məlumatlar

Dahilər haqqında bilmədiklərimiz

Hörmətli oxucular, əmin ola bilərsiniz ki, insanın həyatda az-çox uğur qazanmasına, cəmiyyət üçün yararlı vətəndaş olmasına  dahilərin, müdriklərin həyat məktəbinin əvəzsiz təsiri olur və olmaqdadır. Onlardan öyrənmək, öyrətmək, sevmək,bağışlamaq, dözmək, səbirli olmaq, haqqı nahaqqa verməmək kimi ali mənəvi keyfiyyətləri əxz etmək vacibdir.

Özüm üçün beş müqəddəs varlığı müəyyən etdim:

  1. Dünyanı və onun əşrəfi sayılan insanı yaradan, hər şeyi bilən və görən, bağışlamaqda ali olan Allah müqəddəs!
  2. Dünyanın ən ali, ən demokratik, ən humanist dinlərindən biri olan İslam dininin banisi, Allahın elçisi, idarəçilik, sərkərdəlik məharəti, aqilliyi, mərhəməti ilə ən uca zirvədə dayanan və bəşər tarixinin bütün dövrlərində bu aliliyini saxlayan Həzrəti Məhəmməd Peyğəmbərimiz (s.ə.s) müqəddəs!
  3. Allahın izni ilə bizi dünyaya gətirən, bizə dil öyrədən, bizi bioloji varlıqdan insan zirvəsinə ucalmaq yoluna yönəldən, həyatımız naminə canını fəda etməyə hazır olan Analarımız müqəddəs!
  4. Varlığımızı borclu olduğumuz, yaşam dünyamızı formalaşdıran, həyatımız üçün min əzaba qatlanan, yerdə Allahımız olan Atalar müqəddəs!
  5. Dünyanı dərk etməkdə əsl bələdçimiz, mənən ucalmaq yolumuza nur saçan, həyatlarını şam kimi əridərək bizə bilik, tərbiyə verən ali insanlar – Müəllimlər müqəddəs!

Əziz oxucular, çox böyük sevgi ilətəqdim olunan dahiləri, müdrikləri və fatehləri siz də öyrənin – onda mənəvi dünyanız zəngin, həyatınız uğurlu, sevginiz sonsuz olacaqdır!

 

akademik  VAQİF ABBASOV

2015-08-25   44280