NKPI

Maraqlı Məlumatlar

Uşaqlar üçün təcrübələr və eksperimentlər -44

Gizli yox olma

Sən əlbəttə ki, görmüsən ki, soyuq suda yalnız müəyyən miqdar şəkər həll etmək olar. Gəl bilək ki, suyun temperaturu artdıqca nə baş verir?

Nə lazımdır?

1) Şəkər kəsikləri.

2) İki şüşə stəkan.

3) Soyuq su.

4) Qaynar su.

5) Qaşıq.

Bil! Qızdırılma zamanı maddələrin həll olması baş verir – bir maddənin digər maddədə bərabər paylanması.

Eksperimentin icra ardıcıllığı.

1) Hər iki stəkana eyni miqdarda su tök.

2) İçərisində soyuq su olan stəkana bir qənd kəsiyi salıb tam həll olunca qarışdır. Prosesi təkrar et (şəkər əlavə edib qarışdırmağı). Prosesi o vaxta qədər davam etdir ki, şəkər artıq həll olmur və stəkanın dibinə çökür. Suda həll olan qənd kəsiklərinin sayını qeyd etməyi unutma.

3) Eyni şeyi içərisində qaynar su olan stəkanda da təkrar et. Soyuq və isti suda həll olan qənd kəsiklərinin sayını müqayisə et.

Nə baş verir?

Soyuq su qaynar suda həll olan qədər qəndi həll edə bilmir.

Nə üçün belə olur?

Qaynar suda şəkər daha çox həll olur. Bu, onunla əlaqədardır ki, qaynar su molekulları soyuq su molekullarına nəzərən daha sürətlə hərəkət edir və daha çox şəkər molekulu qəbul edə bilir.

Bil! Suda həll olan maddə onda yox olmur, baxmayaraq ki, gözlə görünə bilmir. Bu faktı məhlulu “öz” rənginə boyayan “rəngli” maddələr təsdiq edir.

2020-06-10   34495